16:41 / 24-01-2025
"Turan Bank” cərimələnib
14:28 / 24-01-2025
Direktor həbs edilib
Neft zavoduna və elektrik stansiyasına zərbələr endirilib
Tarix: 24-01-2025 14:39 | Bölmə: Dünya
Neft zavoduna və elektrik stansiyasına zərbələr endirilib

Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz təyyarələri və Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın Ryazan Neft Emalı Zavoduna qarşı əməliyyatlar keçirib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna mediasına xüsusi xidmət orqanlarındakı mənbələr bildiriblər.

Məlumata görə, Ryazan Neft Emalı Zavodu ildə 17 milyon ton neft emal gücü ilə Rusiya Federasiyasının ən böyük zavodlarından biridir. PUA-nın zərbələri nəticəsində yaranan yanğın dizel yanacağı və aviasiya kerosininin hidrotəmizləmə qurğusunun yerləşdiyi sexi bürüyüb. Yerli sakinlər sosial şəbəkələrdə qeyd ediblər ki, 50-dən çox partlayış səsi eşidilib.

Bundan əlavə, Ukrayna dronları Ryazan neft nasos stansiyasına və Ryazan İstilik Elektrik Stansiyasına da hücum edib.

“Təhlükəsizlik Xidməti Müdafiə Qüvvələri ilə birlikdə Rusiyanın arxa cəbhəsindəki Rusiya hərbi-sənaye kompleksinə və neft sektoru müəssisələrinə qarşı effektiv “dron sanksiyalar” tətbiqinə davam edir. Düşmənin hərbi imkanlarının zəiflədilməsi üzrə işlər gələcəkdə də davam etdiriləcək”, - deyə Ukrayna Xüsusi Xidmətindəki mənbə bildirib.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Bryanskdakı “Silicon El” mikroelektronika zavodunun da zədələndiyini bəyan edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər