16:41 / 24-01-2025
"Turan Bank” cərimələnib
14:28 / 24-01-2025
Direktor həbs edilib
PUA hücumu: Moskvada iki hava limanı fəaliyyətini dayandırıb, Kiyevə ciddi ziyan dəyib
Tarix: 24-01-2025 13:28 | Bölmə: Slayd
PUA hücumu: Moskvada iki hava limanı fəaliyyətini dayandırıb, Kiyevə ciddi ziyan dəyib

Bu gün səhər saatlarında hava hücumundan müdafiə bölmələri Rusiya paytaxtının ətrafındakı dörd nöqtədə Ukrayna dronlarının hücumunu dəf edib.

Reyting.az
xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin bildirib.

Xüsusilə, paytaxtın cənub-şərqindəki Kolomna və Ramenskoye bölgələrindəki hava hücumundan müdafiə bölmələri Ukrayna dronlarına qarşı hərəkətə keçib.

Rusiya Müdafiə Nazirliyi son bir sutka ərzində 121 pilotsuz uçuş aparatının (PUA) Rusiya ərazisinə hücuma cəhd göstərdiyini bəyan edib. Moskvanın Vnukovo və Domodedovo hava limanları müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Altı təyyarə reysi başqa hava limanlarına yönləndirilib.

Bu arada Ukrayna tərəfi Rusiyanın Kiyevə gecə saatlarında endirdiyi zərbələr nəticəsində 3 mülki şəxsin həlak olduğunu, yaşayış və ticarət binalarına ziyan dəydiyini bildirib. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum zamanı çoxmərtəbəli yaşayış binasına, səkkiz fərdi evə, ticarət binalarına və bir neçə şəxsi avtomobilə ziyan dəyib.

Qeyd edək ki, ABŞ lideri Donald Trampın müharibəni bitirmək istəyi kontekstində son günlər həm Kiyev, həm də Moskva qarşılıqlı hücum həyata keçirir. Analitiklərin fikrincə, tərəflər danışıq masasında əlini gücləndirmək üçün hərbi üstünlüyə cəhd edilər ki, bu da yaxın həftələrin kritik olacağından xəbər verir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər