16:41 / 24-01-2025
"Turan Bank” cərimələnib
14:28 / 24-01-2025
Direktor həbs edilib
Rusiya XİN: "Bu, Ukrayna ilə mümkün razılaşmaların əsas elementlərindən biridir"
Tarix: 24-01-2025 14:21 | Bölmə: Dünya
Rusiya XİN: "Bu, Ukrayna ilə mümkün razılaşmaların əsas elementlərindən biridir"

Rusiya Ukraynanın NATO-ya daxil olmasını istisna edən güclü zəmanətlər əldə etməyə çalışacaq.

TASS xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Onun sözlərinə görə, Kiyevin alyansa qoşulması sülhün əldə edilməsini qeyri-mümkün edəcək.

"Bu, bizim üçün Ukraynada münaqişə ilə bağlı mümkün razılaşmaların əsas elementlərindən biridir. Bu, münaqişənin köklü səbəblərinin aradan qaldırılması ilə bağlı elementdir. Biz təkcə Ukraynanın NATO-ya üzvlüyünü hər hansı formada istisna edən hüquqi əhəmiyyətli güclü zəmanətlər əldə etməyə çalışmayacağıq, həm də bunun alyansın özünün siyasətinə çevrilməsində israr edəcəyik", - nazir müavini qeyd edib(Report).




Bölməyə aid digər xəbərlər