Zelenski təhlükəsizlik zəmanətinin şərtini açıqlayıb
Tarix: 03-03-2025 12:47 | Bölmə: Xəbərlər
Zelenski təhlükəsizlik zəmanətinin şərtini açıqlayıb

Ukrayna güclü Ukrayna ordusunu təhlükəsizliyinin ən yaxşı təminatı hesab edir.

Reyting.az
xəbər verir ki, bu fikri Ukrayna prezidenti Vladimir Zelenski səsləndirib.

Ukrayna prezidenti ölkənin yenidən qurulmasına kömək etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsini yenidən gündəmə gətirib.

Jurnalist Zelenskidən Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmerin “havada və dənizdə” atəşkəs elan etmək planından xəbəri olub-olmadığını soruşub. Ukrayna lideri belə cavab verib: “Mən hər şeyi bilirəm”.

Qeyd edək ki, Fransa və Böyük Britaniya Ukraynaya dair öz sülh planının bir hissəsi olaraq Moskva və Kiyevə “havada və dənizdə” bir aylıq atəşkəs elan etməyi, həmçinin enerji obyektlərinə zərbələrə moratorium tətbiqini təklif edirlər. Fransa prezidenti deyib ki, atəşkəs qurudakı döyüşlərə təsir etməyəcək, çünki cəbhə xəttinin uzunluğu “Parisdən Budapeştə qədər olan məsafə ilə müqayisə oluna bilər” və belə bir ərazidə sazişə əməl olunmasını yoxlamaq “son dərəcə çətin” olacaq. Makron qeyd edib ki, bu, sülhə doğru ilk addım olacaq, bundan sonra Ukraynada Avropa qoşunlarının yerləşdirilməsi planlaşdırılır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
6-03-2025, 23:26 NASA kosmosda su axtaracaq