Böyük Britaniya Makronun təklifini rədd edib
Tarix: 03-03-2025 15:40 | Bölmə: Xəbərlər
Böyük Britaniya Makronun təklifini rədd edib

Böyük Britaniya Fransa prezidenti Emmanuel Makronun Rusiya və Ukrayna arasında bir aylıq atəşkəs təklifini rədd edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Bildirilir ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ evdə keçirilən qalmaqallı görüşündən sonra aparıcı Avropa dövlətlərinin birlik nümayiş etdirməyə və ümumi fəaliyyət planı hazırlamağa çalışdığı London sammitindən sonra ölkələr arasında fikir ayrılığı yaranıb.

Nəşr Britaniya rəsmisindən sitat gətirir:

“Masada ABŞ və avropalı tərəfdaşlarla əlavə müzakirə predmeti olan müxtəlif variantlar var, lakin hələlik bir aylıq atəşkəslə bağlı razılaşma yoxdur”.

Həmçinin bazar ertəsi Böyük Britaniyanın müdafiə naziri Lyuk Pollard Ukraynada döyüşlərin dayandırılması ilə bağlı xəbərdarlıq edib ki, bu da Rusiyanın yenidən qruplaşmasına imkan verə bilər:

“Ukraynalılar haqlı olaraq narahatdırlar ki, müharibədə hər hansı qısa fasilə Rusiyaya yenidən silahlanma, qruplaşma və işğal etmək üçün vaxt verəcək”.

Bundan əlavə, nazir müavini “Times” radiosuna şərhində bildirib ki, atəşkəsin necə olacağı barədə heç bir razılıq əldə edilməyib.

Qeyd olunur ki, Zelenski təhlükəsizlik zəmanəti olmadan dərhal atəşkəs çağırışlarını da rədd edib. Britaniyanı tərk etməzdən əvvəl sammitdən sonra o, açıq-aşkar zəmanət olmadan döyüşləri dayandırmağın “hamı üçün məğlubiyyət” olacağını deyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
6-03-2025, 23:26 NASA kosmosda su axtaracaq