Qazaxıstan XİN başçısı saxlanılıb? - (Yenilənib)
Tarix: 04-09-2025 14:01 | Bölmə: Xəbərlər
Qazaxıstan XİN başçısı saxlanılıb? - (Yenilənib)

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu saxlanılıb.

Bu barədə “Orda” məlumat yayıb.

Bildirilib ki, Nurtleu Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıtdıqdan sonra evində saxlanılıb.

Onunla birlikdə iş adamı Hacı Hacıyev və Milli Təhlükəsizlik Komitəsinin bir neçə əməkdaşı da saxlanılıb.

Nazir və Hacıyevin evində axtarış aparılıb.

Qeyd edək ki, Çində ŞƏT sammiti 31 avqust -1 sentyabr tarixlərində keçirilib(qafqazinfo). 

***

Qazaxıstanın mədəniyyət və məlumat naziri Aida Balayeva ölkənin XİN başçısının saxlanılmaz xəbərini təkzib edib.

Mia.az xəbər verir ki, o, yayılan xəbəri saxta adlandıırb: "Belə yalan məlumatların yayılmasına görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur".

***

Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzi Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleunun saxlanılması barədə məlumatı təkzib edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər