00:18 / 04-09-2025
Millimiz qalib gəlib
Telefonda icra başçısını təhqir edən şəxs cərimələnib
Tarix: 04-09-2025 10:42 | Bölmə: Xəbərlər
Telefonda icra başçısını təhqir edən şəxs cərimələnib

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının ünvanına təhqiramiz ifadələr işlədən şəxs məsuliyyətə cəlb edilib.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, bir neçə gün əvvəl Gəncə şəhər Yeni Qəsəbə yaşayış massivində yaşayan 50 yaşlı N.Salahov dövlət qurumlarının qaynar xəttinə zəng edərək icra başçısının ünvanına nalayiq ifadələr işlədib.

O, sakini olduğu rayonun icra başçısı tərəfindən qəbul edilmədiyini bildirərək əsəbi şəkildə söyüş söyüb.

Məsələ ilə bağlı araşdırma aparılıb və vətəndaş polisə dəvət edilib. Onun əməli ilə bağlı inzibati protokol tərtib edilib.

N.Salahov ifadəsində bildirib ki, müharibə veteranıdır: “Əvvəllər üçüncü dərəcəli müharibə əlili olaraq pensiya alsam da, sonradan əlilliyim ləğv olundu və pensiyam kəsildi. Bu səbəbdən əsəbi halda təhqirlərə yol vermişəm, əməlimdən peşmanam”.

Kəlbəcər Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 100 manat cərimə edilərək sərbəst buraxılıb.

Qeyd edək ki, Kəlbəcərin icra başçısı Azər Qocayevdir.




Bölməyə aid digər xəbərlər