Çin və Rusiya liderləri 150 il yaşamaq istəyirlər
Tarix: 04-09-2025 15:05 | Bölmə: Xəbərlər
Çin və Rusiya liderləri 150 il yaşamaq istəyirlər

Çin lideri Si Cinpin və Rusiya prezidenti Vladimir Putin Pekində keçirilən paraddan əvvəl uzunömürlülük və "ölümsüzlük" barədə danışarkən kameralara tuş gəliblər.

Reyting.az
"Bloomberg"-ə istinadla bildirir ki,Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Pekində keçirilən, İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr edilmiş hərbi paraddan əvvəl müasir texnologiyaların sayəsində insan ömrünün uzadılmasından söhbət ediblər. Onların söhbətinin bir hissəsi təsadüfən rəsmi yayımda efirə düşüb.

Məlumata görə, Si və Putin, həmin an yaxınlıqda olan Şimali Koreya lideri Kim Çen Inla birlikdə tribunaya tərəfə hərəkət edən zaman bu barədə söhbət aparıblar.

Kadrların əvvəlində Si Cinpin öz dilində "bizim dövrümüzdə" və "70 yaş" sözləri eşidilir. Ardınca Putinin tərcüməçisi rusca deyir: "Əvvəllər insanlar çox nadir hallarda 70 yaşına qədər yaşayırdılar, lakin indi deyirlər ki, 70 hələ uşaq yaşı sayılır"

Daha sonra çinli tərcüməçi Vladimir Putinin cavabını Si Cinpinə çatdırır:

"Biotexnologiyaların inkişafı sayəsində artıq insan orqanlarını daima köçürmək mümkündür, insanlar özlərini getdikcə daha gənc hiss edə bilərlər və hətta ölümsüzlüyə nail olmaq mümkündür".

Si Cinpin isə cavabında deyib:

"Proqnozlar göstərir ki, bu əsrdə 150 ilə qədər yaşamaq imkanı var."

Bundan dərhal sonra birbaşa yayım başqa kamera görüntüsünə keçirilib.

Nəşr xatırladıb ki, çox güman, əsas mövzu yaşla bağlı narahatlıq olub, çünki Putinin də, Cinpinin də 72 yaşı var.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər