Tramp tezliklə Putinlə danışacaq
Tarix: 05-09-2025 11:26 | Bölmə: Xəbərlər
Tramp tezliklə Putinlə danışacaq

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib. Tramp etiraf edib ki, Ukraynada müharibəni dayandırmaq asan deyil.

Reyting.az
xəbər verir ki, bu fikirləri Tramp Ağ evdə dünyanın ən böyük İT şirkətlərinin rəhbərləri ilə eksklüziv şam yeməyi zamanı deyib.

ABŞ prezidentinə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdıqdan sonra Putinlə danışıb-danışmayacağı sualı verilib. Tramp “Bəli, edəcəyəm”,- deyib və əlavə edib ki, onunla Rusiya lideri arasında “çox yaxşı dialoq” var.

“Yeddi müharibəni həll etmişəm. Ən asanlardan biri olacağını düşündüm. Bu hissi bilirsiniz: bir şeyin daha asan olacağını düşünürsən və bir az daha çətin olur”,- Tramp qeyd edib.

O, Ukraynadakı müharibəni “Rusiya-Ukrayna fəlakəti” adlandırıb. Onun sözlərinə görə, bu həftə müharibədə 7014 nəfər ölüb, onların əksəriyyəti əsgərlərdir.

ELÇİN




Bölməyə aid digər xəbərlər