Ruslar Zelenskini Moskvada sınamaq istəyirlər
Tarix: 05-09-2025 08:09 | Bölmə: Xəbərlər
Ruslar Zelenskini Moskvada sınamaq istəyirlər

Ukrayna münaqişəsinin həllini müzakirə etməkdən ötrü Moskvaya dəvəti Vladimir Zelenskinin həqiqətən sülhə nail olmaq istəyib-istəmədiyini göstərəcək sınaqdır.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Sevastopoldan olan deputatı Dmitri Belik deyib.

Yeri gəlmişkən, sentyabrın 3-də Rusiya lideri Vladimir Putin Pekində keçirilən konfransda Zerlenskini Moskvaya dəvət etdiyini açıqlayıb. Ukrayna Xarici İşlər Nazirliyi bu variantın “qəbuledilməz” olduğunu bildirib. Diplomatlar Zelenskinin Vatikan, Avstriya, Türkiyə, İsveçrə və Fars körfəzinin üç ölkəsində danışıqlar aparmağa hazır olduğunu izah ediblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər