14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
Muxtar Babayev: "Su problemi çox təhlükəli hal ala bilər"
Tarix: 02-09-2025 10:41 | Bölmə: Xəbərlər
Muxtar Babayev: "Su problemi çox təhlükəli hal ala bilər"

Növbəti illərdə su problemi çox təhlükəli hal ala bilər.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY  Azərbaycan 2025"in bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, növbəti illərdə təhsil sistemində suya qənaət, düzgün yığılması, paylanması, kənd təsərrüfatında istifadəsi kimi mövzular tədris olunmalıdır: "Təhsil sistemi ilə iqlim dəyişikliyi mövzusu bir-biri ilə sıx əlaqəlidir. Buna görə də sözügedən mövzular mütləq tədris olunmalıdır. Gözəl gələcək üçün gənclər mütləq iqlim dəyişmələri mövzusunda maariflənməlidir"(report).




Bölməyə aid digər xəbərlər