Süni intellekt nüvə sintezini dəqiqliklə proqnozlaşdırıb
Tarix: 21-08-2025 17:30 | Bölmə: Xəbərlər
Süni intellekt nüvə sintezini dəqiqliklə proqnozlaşdırıb

ABŞ-nın Livermor Milli Laboratoriyasının alimləri termonüvə sintezinin sınaqlarını əvvəlcədən proqnozlaşdıra biləcək süni intellekt modeli hazırlayıblar. Bu yeni texnologiya 2022-ci ildə Milli Alovlanma Qurğusunda keçirilmiş bir təcrübənin nəticəsini 74 faiz dəqiqliklə təxmin edib.

Reyting.az
xəbər verir ki, tədqiqatın nəticələri "Science" jurnalında dərc olunub.

Alimlərin sözlərinə görə, süni intellekt superkompüterlərdən daha çox parametri nəzərə alır, həmçinin nəticələri daha dəqiq qiymətləndirir. Bu, gələcəkdə bahalı və mürəkkəb sınaqların sayını azaltmağa, zamana və resurslara qənaət etməyə imkan verə bilər.

Hazırda enerji əsasən atomların parçalanması yolu ilə əldə edilir. Bu üsul maksimum çox böyük gücə sahib olsa da, yenə uzunömürlü radioaktiv tullantılar yaradır. Nüvə sintezi isə əksinə, atomları birləşdirməklə tullantısız, tam təhlükəsiz enerji hasil edir. Lakin bununla belə, yeni texnologiya hələ də sənaye tətbiqindən uzaqdır.

Elm adamları bildirirlər ki, mövcud süni intellektin tətbiqi insanlığı praktik nüvə sintezinə və demək olar ki, təmiz, həm də tükənməz bir enerji dövrünə daha da çox yaxınlaşdırır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər