Şəkidə maskalı şəxslər evə basqın edib
Tarix: 02-09-2025 09:10 | Bölmə: Xəbərlər
Şəkidə maskalı şəxslər evə basqın edib

Şəki rayonunun Kiçik Dəhnə kəndində gecə saatlarında evə basqın olub. Basqınçılar saxlanılıblar.

Reyting.az
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupuna istinadla bildirir ki, evlərdən birinə daxil olan maskalı şəxslər ev sahibinin əl-qolunu bağlayaraq kəsici alətlə ona hədə-qorxu gələrək pulunu ələ keçiriblər.

Şəki polis şöbəsinin əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Anar Sadıqov və onun tanışı 47 yaşlı Tural Əsədovu saxlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər