"Qarabağ" "Ayaks"a uduzub
Tarix: 10-12-2025 23:38 | Bölmə: Xəbərlər / İdman

"Qarabağ" "Ayaks"a uduzub

UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində"Qarabağ"-"Ayaks" oyunu saat 21.45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürüb. 

Reyting.az xəbər verir ki, oyunun 10-cu dəqiqəsində "Qarabağ" Kamilo Duranın vurduğu qolla hesabı açıb - 1:0.

39-cu dəqiqədə "Ayaks"dan Dolberq hesabı bərabərləşdirib - 1:1.

İlk hissə 1:1 hesabı ilə başa çatıb.

46-cı dəqiqədə Mateus Silva əla zərbə ilə "Qarabağ"ı önə çıxarıb - 2:1

79-da qonaqlar yenidən hesabı bərabərləşdiriblər - 2:2

82-ci dəqiqədə hollandlar önə çıxıblar - 2:3

89-da "Ayaks" daha bir qola imza atıb - 2:4

Oyun 2:4 hesabı ilə başa çatıb.

"Qarabağ" bu nəticədən sonra 7 xalla 21-ci, "Ayaks" isə ilk 3 xalını qazanmaqla 33-cü yerdə qərar tutub.(Mia.az)





Bölməyə aid digər xəbərlər