Yeni Ay modulu "Mark 1" təqdim olunub - Foto
Tarix: 18-02-2026 09:16 | Bölmə: Xəbərlər

Yeni Ay modulu "Mark 1" təqdim olunub

Amerikalı milyarder, iş adamı Ceff Bezosun "Blue Origin" şirkəti yaxın zamanlarda Aya uçuş edəcək kosmik missiya üçün nəzərdə tutulmuş "Mark 1" eniş modulunu nümayiş etdirib. Bu aparat hazırda NASA-da sınaqdan keçirilir.

Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, buraxılış 2026-cı ilə planlaşdırılıb və "Mark 1" Ayın cənub qütbündə, Şeklton kraterinin yaxınlığındakı sahədə avtomatik eniş etməlidir.

Şirkətin açıqlamasında qeyd olunu ki, yeni modul 3,3 tonadək yük daşıya biləcək, eləcə də "New Glenn" raketinə qoşulmaqla, kosmosa buraxılacaq.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər