Zelenski: “Mən ölsəm Ukraynanın gələcəyi...”
Tarix: 19-02-2026 08:24 | Bölmə: Xəbərlər

Zelenski: “Mən ölsəm Ukraynanın gələcəyi...”

“Mənim ölümüm ölkənin dağılmasına səbəb olmayacaq”.

Reyting.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bu barədə britaniyalı jurnalist Piers Morqanın YouTube kanalında “Piers Morgan Uncensored” portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna bir şəxsdən ibarət deyil, hətta genişmiqyaslı müharibə zamanı da fəaliyyətini davam etdirən qurumlar sistemidir.

O, ordunu əsas prioritet kimi göstərərək, ölkənin dayanıqlığının biznes, enerji şəbəkəsi, su təchizatı, bank sistemi və kibermüdafiədən də asılı olduğunu qeyd edib.

ELÇİN





Bölməyə aid digər xəbərlər