Keçmiş prezidentə ömürlük həbs cəzası verilib
Tarix: 19-02-2026 12:34 | Bölmə: Xəbərlər

Keçmiş prezidentə ömürlük həbs cəzası verilib

Məhkəmə Cənubi Koreyanın keçmiş prezidenti Yun Suk-yola hökm oxuyub.

Reyting.az xəbər verir ki, məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib.

Hökm hərbi vəziyyət tətbiq etməyə cəhd etdiyinə görə verilib.

CNN-nin məlumatına görə, keçmiş müdafiə naziri Kim Yonq-hyun da təqsirkar bilinərək 30 il həbs cəzasına məhkum edilib.

3 dekabr 2024-cü ildə Yun hərbi vəziyyət elan edərək, Şimali Koreyaya rəğbət bəsləyən “dövlət əleyhinə qüvvələrin” müxalifət partiyaları daxilində mövcud olduğunu iddia edib.

Silahlı əsgərlər parlament binasının qarşısına vertolyotlarla enərək parlament üzvlərinin toplaşdığı zala basqın etməyə cəhd göstəriblər.

Qəzəbli vətəndaşlar, eləcə də parlament üzvləri girişləri barrikaya alaraq əsgərlərin zala daxil olmasının qarşısını almağa çalışıblar.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər