13:32 / 06-07-2025
Ali məktəblərə qəbul imtahanı keçirilib - (Yenilənib)
12:46 / 06-07-2025
Sabah qısamüddətli yağış gözlənilir - Proqnoz
09:47 / 06-07-2025
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə mane olan səbəblər açıqlanıb - Foto
08:53 / 06-07-2025
Gəncin qətlində şübhəli şəxs saxlanılıb
18:09 / 05-07-2025
Mingəçevirdə iki qayıq toqquşub - Beş nəfər xəsarət alıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
14:16 / 05-07-2025
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
13:16 / 02-07-2025

19:48 / 04-07-2025

14:40 / 03-07-2025

12:16 / 02-07-2025

15:33 / 02-07-2025

10:26 / 02-07-2025

14:53 / 01-07-2025

17:18 / 02-07-2025

16:55 / 02-07-2025

00:12 / 02-07-2025

15:47 / 04-07-2025

İlham İsmayıl yazır: Siyasi dəyişikliklərin Qarabağa təsiri...
Tarix: 09-12-2019 14:45 | Bölmə: Xəbərlər

Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq və Qarabağı təslim edəcək...
Azərbaycan parlament seçkilərinə hazırlaşır. Ermənilər də. Biz 9 fevralda, erməni separatçıları da 31 martda - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilən gündə, qondarma rejimdə prezident və parlament seçkiləri keçirəcəklər. Qəsdən seçilmiş bir tarixdir, düşmən bizə 2020-ci ildə də 102 il əvvəlki soyqırımın bir başqa formasını yaşatmaq niyyətindədir.
Namizədlərdən biri, indiki “xarici işlər naziri” və Qarabağ prezidentliyinə ən iddialı namizəd Masis Mailyanın dediyi kimi “təhlükəsiz, rahat, ədalətli, sivil və bir sözlə, demokratik gələcəyi olan Yeni Artsax quracaqları” barədə növbəti dəfə dünyaya səs salacaqlar. Biz də növbəti dəfə bu seçkiləri qanunsuz elan edəcəyik. Bu illərdə əlimizdən ayrı nə gəlib ki? Amma, 2020-nin (iyirmi- iyirmi yox!) 31 martını separatçılara başqa cür də yaşatmaq olar. Vəzifələrinin məhz düşmənə cavab vermək olduğunu bu illərdə unudan Müdafiə Nazirliyi 31 martı separatçılara sakit yox, başqa cür yaşada biləcəkmi?
Ermənilər də Dağlıq Qarabağ ətrafı rayonlarda məskunlaşmanı davam etdirəcək, yeni yaşayış və məişət obyektləri tikəcəklər. Mane ola bilərikmi? İstəsək olarıq, amma biz bu illərdə çox fürsətləri bada vermişik. Baxın, bunu yalnız biz demirik, düşmənlərimiz və düşmən dəyirmanına su tökən Rusiya politoloqları, Kazimirovlar, Zatulinlər, gecə-gündüz əleyhimizə yazan Stanislav Tarasov kimiləri də açıq deyirlər. Onların mövqeyi sadəcə fərdi yanaşmanın nəticəsi deyil, bu adamlar Rusiya siyasətinin sözçüləridir, həm də yalnız Rusiyanın yox, Azərbaycanda bu siyasəti dəstəkləyənlərin də sözçüləridir.
Yuxarıda seçki məsələsini təsadüfən xatırlamadıq. Tarasov bu günlərdə erməni saytı News.am-a müsahibə verib, qısa söhbətdə çox strateji məsələlərə toxunub, hətta Rusiya siyasətində Azərbaycanın növbəti parlamentinin tərkibinin ermənilərlə “barışıq ssenariləri” quracaq bir parlament olacağına işarə vurub. Tarasov bunu həm də onunla əsaslandırıb ki, Azərbaycan çıxılmaz vəziyyətə düşdüyündən başqa yolu qalmayıb. Bu, o Rusiya sözçüsdür ki, iki həftə əvvəl Azərbaycandakı yeni siyasi dəyişikliklərə “Regnum” saytında təriflər yağdırmışdı.
“Azərbaycan Qarabağ münaqişəsini güc yolu ilə həll etmək fürsətini əldən verib. Buna heç xarici oyunçular da imkan verməyəcək”.
Politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov bu nəticəyə birdən-birə gəlməyib, mövcud vəziyyətimizi və yanlış siyasətin yekunu olaraq ətrafımızda geopolitik oyunçuların sözünün daha keçərli olduğuna şərait yaratdığımız üçün bu qənaətə gəlib. 90-cı illərin sonunda və 2000-ci illərin əvvəllərində hərbi güc göstərib münaqişəni həll etmək fürsətlərindən yararlanmamağın acı nəticələri bugünkü dalana dirənişimizdir.
Tarasov qeyd edib ki, “Bakının Türkiyəyə güvənmədən Qarabağda hərbi əməliyyata başlaması ehtimalı azdır, çünki bu, Rusiya ilə toqquşma riski ilə əlaqələndirilə bilər, amma bildiyiniz kimi, Türkiyənin hazırkı vəziyyəti Qarabağlıq deyil”. Atəşkəsə qədər Qarabağ müharibəsi Türkiyənin dəstəyi ilə aparılmayıb ki, Bakı Türkiyəyə “güvənib” hərəkət etsin? Bu yanaşmada həqiqət çalarları olsa da, qısa desək, güc, ağırlıq öz üzərimizə düşür, qardaş ölkənin yox.
Tarasovun dediklərində ən təhlükəli olan məqamlar, qəribə də olsa, ölkədə baş verən siyasi dəyişikliklərin Qarabağa təsiri ilə bağlıdır.
“Bakı, əslində, dalana girib, Məclisdəki köhnə qvardiya hələ də revanşizmi düşünür (düşünürdümü?!-müəllif). Buna görə ümid etməliyik ki, vəziyyəti fərqli qiymətləndirə biləcək və barışıq ssenarilərini axtaracaq yeni bir nəsil (!!!) gələcəkdir. Ola bilsin ki, bütün bunlar üçün illər keçəcək, amma Bakıdakı siyasi dəyişikliklər gərginliyi bir qədər azalda bilər(?!) ",- deyə Stanislav Tarasov əlavə edib.
“Ümid etməliyik” - yəni erməni ilə rus birgə ümid edirlər ki, gələcəkdə Azərbaycanda satqın bir nəsil formalaşacaq və Qarabağı təslim edəcək. Onun ilk işartılarını da rus politoloq “Bakıdakı siyasi dəyişikliklər”də görür.
Rusiyanın Azərbaycanda baş verən siyasi prosesləri, o cümlədən keçiriləcək parlament seçkilərini xüsusi diqqətdə, hətta nəzarətdə saxladığı açıq hiss olunur. Sabah “barış ssenariləri” adı altında təslimçilik ssenariləri hazırlaya biləcək 5-ci kalon nümayəndələrinin parlamentin kandarından da içəri buraxılmaması üçün çox ayıq-sayıq olmaq lazımdır.
Biz ilk baxışda düşmənin fikirləşdiyi “dalana dirənən” kimi görünə bilərik və dalandan çıxış üçün yolların qalmadığını düşünənlər yanılırlar. Bütöv Qarabağ uğrunda savaşa hazır olacaq Azərbaycan xalqının iradəsi və bu iradəni təmsil edə biləcək parlamentin formalaşması bu çıxış yollarından biridir.
İl yekunlaşır. Bu cür yekunlaşan illər onsuz da təhlükəli durumda olan Azərbaycana yaxşı heç nə vəd etmir. Artıq hər ötən il deyil, aylar, günlər də bizim əleyhimizədir və düşmən ümidini həm də əleyhimizə işləyən bu zamana bağlayıb. Zamanı xeyrimizə işlətmək siyasəti başlanacaqmı?(Moderator.az)
İlham İSMAYIL
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:53
Gəncin qətlində şübhəli şəxs saxlanılıb
Dünən, 12:09
Beş kollecə direktor təyin ediblər - Siyahı
Dünən, 10:35
Türkiyəyə güclü qar yağıb
Dünən, 10:09
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
4-07-2025, 19:49
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
4-07-2025, 17:21
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
4-07-2025, 16:33
ECO-nun növbəti sammiti İranda keçiriləcək
4-07-2025, 14:58
Ərdoğan: "Sammitin Xankəndidə keçirilməsi ayrı mənadır"
4-07-2025, 14:16
Şəxsiyyət vəsiqələri yenilənəcək
4-07-2025, 13:18
İlham Əliyev Pakistanın baş naziri ilə görüşüb - Fotolar
4-07-2025, 07:58
Trampın Baydendən fərqi nədir?
4-07-2025, 07:53
Vatikan sülh danışıqlarına hazırdır
4-07-2025, 07:37
Hollivudun ulduz aktyoru vəfat edib
3-07-2025, 16:31
Abituriyentlərin şikayətləri araşdırılıb
3-07-2025, 15:04
İlham Əliyev Rəşid Meredovu qəbul edib - Fotolar
3-07-2025, 14:55
ABŞ qoşunlarını Avropadan çıxaracaqlar
3-07-2025, 12:41
Ərdoğan sabah Xankəndiyə gələcək
3-07-2025, 11:58
İki ölkə nüvə stansiyalarını təcili bağlayıb
3-07-2025, 11:30
Şahbuzda 69 yaşlı yaşlı qadın göldə boğulub
3-07-2025, 09:44
Bir qrup şəxsin aylıq müavinəti dayandırılıb
3-07-2025, 09:11
İki qəsəbədə qaz təchizatı dayandırılacaq
3-07-2025, 08:08
Bali sahillərində bərə batıb
3-07-2025, 08:03
Odessada partlayışlar baş verib
2-07-2025, 21:11
Göygöldə təcili tibbi yardım briqadasına hücum olub
2-07-2025, 18:32
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
2-07-2025, 14:10
"City Net" "Jurnalistlərin binası"nda problem yaradıb
2-07-2025, 11:35
Milli Məclis daha bir bəyanat yayıb
2-07-2025, 11:23
İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir
2-07-2025, 10:40
Baş Prokurorluda istintaq qrupu yaradılıb
2-07-2025, 10:30
Reyestrdən keçməyən media subyektləri cərimələnəcək
2-07-2025, 09:38
Erkən nikahların qarşısının alınmasında ailənin rolu
2-07-2025, 07:59
Tramp jurnalistdən qeyri-adi xahiş edib
1-07-2025, 22:54
Sumqayıtda qadın bıçaqlanıb
1-07-2025, 18:26
Nəhəng ekzoplanetin görüntüsünü əldə ediblər - Fotolar
1-07-2025, 15:10
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
1-07-2025, 12:10
İran nüvə danışıqları üçün şərtlər irəli sürür
1-07-2025, 10:21
17 yaşlı oğlan Qarabağ kanalında batıb
1-07-2025, 07:59
Akula yeniyetməyə hücum edib
1-07-2025, 07:43
“Rusiya İmperator Hərəkatı” qadağan edilə bilər
30-06-2025, 18:44
Aİ rəsmisi: "Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq..."
30-06-2025, 18:03
Daha 17 qanuna dəyişiklik edəcəklər
30-06-2025, 15:20
Dərmanların qiyməti yenidən tənzimlənib
30-06-2025, 14:26
Sabiq nazir təltif edilib
30-06-2025, 13:45
Qarabağa səfərlər müvəqqəti dayandırılıb
30-06-2025, 13:01
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
30-06-2025, 10:32
Şamaxıda kürəkən qayınatasını öldürüb
30-06-2025, 10:30
Dünyanın ən qədim piramidası tapılıb
30-06-2025, 09:35
Tanınmış vəkil ölkəsinə qayıda bilmir
30-06-2025, 09:07
Bakıda polisə bıçaq çıxaran şəxs zərərsizləşdirilib