Azərbaycan Liberal Partiyası etiraz bəyanatı imzalayıb
Tarix: 27-10-2020 23:31 | Bölmə: Xəbərlər
Azərbaycan Liberal Partiyası etiraz bəyanatı imzalayıb

İşğalçı Ermənistan ordusu Azərbaycanın digər yaşayış məntəqələri ilə yanaşı Bərdə rayonunun əhalisinə qarşı da hərbi cinayətlərə əl atıb. 27 oktyabr 2020-ci ildə rayonun Qarayusifli kəndində qadınlar və uşaqlar da daxil olmaqla dinc insanların raket atəşinə tutulması Ermənistanın hərbi-siyasi rəhbərliyinin növbəti cinayətlərindəndir.

Reyting.az
xəbər verir ki, bu, Azərbaycan Liberal Partiyasının (ALP) Ermənistanın mülki insanları raket atəşinə tutması ilə əlaqədar verdiyi bəyanatda əks olunub.

ALP-nin bəyanatında Ermənistanın raket atəşləri nəticəsində Bərdə rayonunda biri uşaq olmaqla 4 dinc insanın həlak olması və 10-dan çox sakinin yaralanması pislənilir.

ALP əmindir ki, Azərbyacan Ordusu bu vəhşiliyin qisasını erməni işğalıçılardan alacaqdır.

ALP müharibə qurbanlarına Allahdan rəhmət, yaralılara şəfa diləyir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}