ATV-yə vitse-prezident təyinatı olub
Tarix: 06-02-2018 21:20 | Bölmə: Xəbərlər
ATV-yə vitse-prezident təyinatı olub

Azad Azərbaycan Televiziyasına (ATV) yeni vitse-prezident təyin edilib.

Qurban Səlimov adlı yeni vitse-prezident bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, Q.Səlimov 1971-ci ildə Bakı şəhərində anadan olub. O, AzTV-nin məşhur aparcısı Dilarə Səlimin qardaşıdır.

Səlimov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. ABA TV, Lider TV, İnternews Azerbaijan, "ADG plus production” kimi şirkətlərdə rejissor və qrup rəhbəri vəzifəsində çalışıb.

Bir çox sənədli filmlərin, televiziya verilişlərinin və reklam çarxlarının ssenari müəllifi və rejissorudur.(Gununsesi.info)




Bölməyə aid digər xəbərlər