18:23 / 13-08-2025
Türkiyənin tələbi ilə Gürcüstanda 12 nəfər saxlanılıb
18:03 / 13-08-2025
Tiktoker qəzaya düşüb
17:51 / 13-08-2025
Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başlayır
17:44 / 13-08-2025
Naxçıvanda əhalinin sayı artıb
17:17 / 13-08-2025
Suriya və Türkiyə hərbi əməkdaşlıq haqqında saziş imzalayıb
17:10 / 13-08-2025
İlhamə Elşadqızının anası məhkəmədə ifadə verəcək
17:09 / 13-08-2025
İki ölkə nüvə müharibəsinin məşqinə hazırlaşır
16:57 / 13-08-2025
Restoranda qəfəsdə saxlanılan tülkülər buraxılıb
16:36 / 13-08-2025
Rusiya Azərbaycandan Ukraynaya silah tədarükü iddiasına reaksiya verib
16:13 / 13-08-2025
Nazirlik botoksla bağlı xəbərdarlıq edir
16:10 / 13-08-2025
Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasiyalı fakt açıqlayıb
16:02 / 13-08-2025
Məmməd İsmayılı reanimasiyaya yerləşdiriblər
15:48 / 13-08-2025
Zelenski: Rusiya müharibəni bitirmək istəmir
15:40 / 13-08-2025
Biləcəridə ağacları qırıblar - DİN araşdırma aparır
15:32 / 13-08-2025
Nəcməddin Sadıkov Türkiyədə dindirilib?
15:30 / 13-08-2025
Ukrayna bir gündə iki yaşayış məntəqəsini itirib
14:54 / 13-08-2025
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
14:40 / 13-08-2025
Rezidenturaya ixtisas seçimi başlayıb
14:36 / 13-08-2025
Bakıda əməliyyat: iki nəfər 15 kq narkotiklə saxlanılıb
14:02 / 13-08-2025
Alyaska sammitində Lavrov da iştirak edəcək
14:00 / 13-08-2025
Ədliyyə Nazirliyinə əlavə səlahiyyət verilib
13:48 / 13-08-2025
Ağdərədəki meşə yanğını söndürülüb
13:29 / 13-08-2025
Ancelina Coli ABŞ-dan köçməyə hazırlaşır
12:50 / 13-08-2025
Fəzail Ağamalı partiya sədrliyindən gedir
12:47 / 13-08-2025
Sabah yağış yağacaq - Proqnoz
12:41 / 13-08-2025
İlham Əliyev "Xüsusi icra məmurları haqqında" qanunu imzalayıb
12:25 / 13-08-2025
Tbilisi yaxınlığında zəlzələ olub
12:16 / 13-08-2025
Zelenski Trampla videokonfrans üçün Berlinə gəlir
12:04 / 13-08-2025
Moskva Azərbaycan-Ermənistan sülh sazişinə mane ola bilərmi?
11:56 / 13-08-2025
Agentliklə MMC arasında 127 milyon manatlıq sövdələşmə: şübhəli məqamlar var
00:50 / 09-08-2025

23:38 / 08-08-2025

00:42 / 09-08-2025

00:24 / 09-08-2025

18:41 / 10-08-2025

00:06 / 09-08-2025

00:21 / 11-08-2025

19:00 / 08-08-2025

12:20 / 11-08-2025

18:05 / 10-08-2025

16:02 / 10-08-2025

Milyon illik tənhalıq - Fəxri Uğurlu yazır
Tarix: 14-01-2023 18:24 | Bölmə: Xəbərlər

Fəxri Uğurlu
Qabriel Qarsia Markesin "Gözlənilən bir qətlin tarixçəsi” povesti haqqında
Doğrudanmı bizim taleyimiz əlimizdə deyil? Doğrudanmı insan oğlunun həyatı fələyin lotereyasında çıxan rəqəmlərin təsadüfi ardıcıllığından asılıdır? Doğrudanmı ömrümüz nə əvvəli, nə də sonu görünən səbəb-nəticə silsiləsinin zəncirinə vurulub?
Yerlə-göylə əlləşən başlar min illərdir bu kimi bəsit sualların cavabını axtarır. Qonşu planetə köçməyə hazırlaşan bəşəriyyət bunca sadə məsələləri çözməkdə hələ də acizdir.
Mənə qalsa, belə deyərdim: əgər varsa, azadlıq insan ruhunun xassəsidir, maddi, fiziki aləmdə, təbiətdə heç bir azadlıq yoxdur. Şəxsən mənim mənəviyyat qanunlarına, yəni təbiətə alternativ qanunlara (yəni ruha, Allaha) inamımın bünövrəsində duran budur. Başqa bir tanrını təsəvvürə gətirmək çox çətindir, çünki bütün başqa hallarda pak ruhumuzu napak əməllərimizin çirkabına bulamış olacağıq. İnsan oğlu tanrısını öz günahlarından tam arındırmayınca gerçək azadlığın dadını, yaxud da azadlığın gerçək dadını duymayacaq.
Bir çox fikir adamı Tanrı, Allah anlayışlarıyla tale, qismət kimi anlayışları eyniləşdirir, halbuki insan oğlunun azad mənəvi iradəsi tanrılıq zirvəsinə ucalıb taleyin, qismətin əsarətindən qurtulmağa yönəlib. Məsələn, bizə genetik yollarla, yəni taleyin, qismətin hökmüylə ötürülən mərəzlər indi artıq bir çox halda azad insan ruhunun təcəllası olan elmin qüdrətiylə ya tam zərərsizləşdirilir, ya da gücdən salınır. Bu, ruhun bədənə, Tanrının təbiətə qarşı mübarizəsi deyilsə, bəs nədir?
Hərçənd hər düşünən adam həyata bu çərçivədə baxmır, kimi bu dünyanı savaş meydanı, kimi də tragikomik tamaşa səhnəsitək qələmə verir...
***
Məzmunu nə qədər faciəvi olsa da, Qabriel Qarsia Markesin dilimizə Əkrəm Əylislinin çevirdiyi “Gözlənilən bir qətlin tarixçəsi” povestini insan azadlığına karikatura kimi də təfsir eləmək olar. Yəqin həm də bu səbəbdən ki, müəllif özü də belə bir azadlığın varlığına şəkkak yanaşıb. Ümumiyyətlə, bu povestin ən dərin qatlarında ironiya layları üzür. Baş qəhrəmanın adının-soyadının mənası (Santyaqo - müqəddəs Yaqub, Nasar - yardım eləyən deməkdir), onu qətlə yetirən əkiz qardaşların xristianlığın təşəkkülü, yayılması prosesində ən üstün xidmətlər göstərmiş İsa Məsih həvarilərinin adını daşıması (Pablo - Pavelin, Pedro - Pyotrun ispanlaşmış variantıdır), toy gecəsi üzüqara çıxan qızın adı (Anxela - mələk deməkdir) söylədiyimi təsdiqləyir.
Əsərin personajlarından heç biri ürəyinin hökmüylə davrana bilmir, gizli, sirli, amansız bir güc onları arzulamadıqları yolla getməyə, istəmədikləri işi tutmağa məcbur eləyir. Bir qəsəbə adam bir qətlin baş tutması üçün səfərbər olunur, hər kəs yaxından-uzaqdan bu cinayətin şərikinə çevrilir, heç kim yaxasını qırağa çəkə bilmir. Fələyin dəftərxanasında Santyaqo Nasara ölüm hökmü kəsilib. Hökmün icrası Pablo-Pedro Vikario (yeri gəlmişkən, katolik kilsəsində ruhani rütbələrdən biri olan bu sözün mənası “əvəzləyən”, “nümayəndə” deməkdir; elə isə qardaşlar kimi əvəzləyirlər, kimin nümayəndəsidirlər - fələyinmi, əzrayılınmı, əcəlinmi?..) qardaşlarına tapşırılıb. Əkizlərin toy gecəsi üzüqara çıxmış bacıları Anxela Vikario bakirəliyinin pozulmasında Santyaqonu günahlandırır.
Bu suçlamanın doğru olub-olmadığı sona qədər aydınlaşmır, qızın nəyə görə məhz Santyaqo Nasarın yaxasından yapışdığı axıracan bilinmir. Bir sözlə, xalis müəmma, əsl sirri-xuda!
Qətlə yetirildiyi ərəfədə dostunun davranışlarını, hətta gördüyü yuxuları qırğı gözüylə süzgəcdən keçirən müəllifin müşahidələri, təsvirləri, təhlilləri deməyə əsas verir ki, Santyaqo başına gələsi faciədən xəbərsizdir, bu səbəbdən heç kimdən qorxub çəkinmir, heç nədən narahat deyil. Buradan belə bir sadə məntiqi nəticə çıxır ki, əgər günahı olsaydı, cavan oğlan qəsəbədə o cür arın-arxayın dolanmazdı, toy gecəsi gərdəyə girən gəlinin aqibətini həyəcanla gözləyərdi.
***
Bütün əsər boyu müəllif bir gəncin ölümünə necə hazırlıq görüldüyünü ən xırda detallarına, bu qətlə gətirən səbəblər silsiləsini incəliklərinə qədər açıb göstərir. Onun öldürüləcəyini özündən başqa hamı bilir, ancaq heç kəs, hətta onu qətlə yetirməyə hazırlaşan əkiz qardaşlar belə bu ölümü arzulamır.
Fəqət qətlin qarşısını almağa kimsə ciddi cəhd göstərmir, hamı əli-qolu bağlı, dili bağlı işin sonunu gözləyir. Santyaqo Nasar eynən Markesin ustadı Kafkanın ölümə məhkum olunmuş qəhrəmanı kimi çaşqındır, ömrünün son dəqiqələrində belə nədə suçlandığını, nəyə görə hədəf seçildiyini anlamır, üstəlik, özünü qorumağa, hədəfdən yayınmağa da çalışmır.
Bu detallar həm də Santyaqonun günahsız olduğunu sübuta yetirir, əks halda onun qətli fəlsəfi mahiyyət də daşımazdı, məişət xarakterli bir faciənin kriminal xronikasından uzağa getməzdi. Söhbət məişət əxlaqına dirənsəydi, əminəm, Markes bu əsəri qələmə almazdı; sadəcə o, qənaətini açıq dilə gətirmir, Heminqueysayağı fəndlə tapmacanın açmasını oxucuya saxlayır.
Əslində əvvəl-əvvəl əsər elə o cür də qəbul olunmuşdu, “Yüz ilin tənhalığı” romanının dünya şöhrətli müəllifinin başına and içən tənqidçilər bir müddət pəjmürdə sükuta dalmışdılar. Sonra onlardan kimsə povestə açar tapmışdı: demək, heç kim qəsəbə camaatının sevimlisi olan iyirmi bir yaşlı gəncin öldürülməsini istəmirdi, bununla belə onu amansızlıqla qətlə yetirdilər!..(yeniazerbaycan.com)
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:51
Orta ixtisas təhsili müəssisələrinə qeydiyyat başlayır
Bu gün, 17:09
İki ölkə nüvə müharibəsinin məşqinə hazırlaşır
Bu gün, 16:13
Nazirlik botoksla bağlı xəbərdarlıq edir
Bu gün, 15:32
Nəcməddin Sadıkov Türkiyədə dindirilib?
Bu gün, 14:40
Rezidenturaya ixtisas seçimi başlayıb
Bu gün, 14:00
Ədliyyə Nazirliyinə əlavə səlahiyyət verilib
Bu gün, 13:48
Ağdərədəki meşə yanğını söndürülüb
Bu gün, 11:19
Koreyanın keçmiş birinci xanımı həbs edilib
Bu gün, 10:55
Qusarda ana doğuşdan iki gün sonra ölüb
Bu gün, 10:49
Qəzzada 60 günlük atəşkəs olacaq
Bu gün, 08:16
Çanaqqalada 2220 nəfər təxliyə edilib
Bu gün, 08:02
ABŞ kəşfiyyatı Alyaskada Putini qoruyacaq
Dünən, 22:09
Çempionlar Liqası: “Qarabağ” pley-offa yüksəlib
Dünən, 20:11
Laçında müğənni öldürülüb
Dünən, 18:53
Ağdərədə yanğın söndürülüb
Dünən, 16:16
Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər başlayıb
Dünən, 15:22
MİQ üzrə vakansiya seçimi: nəticələr açıqlanıb
Dünən, 15:11
İki Tibb Mərkəzinə direktorlar təyin olunub
Dünən, 13:00
Hicran Hüseynovaya orden verilib
Dünən, 12:27
Xəzər dənizində zəlzələ olub
Dünən, 11:26
AHİK bu il 32 minə yaxın yollayış verib
Dünən, 10:50
Tramp: Əliyev və Paşinyan mənim yaxşı dostlarımdır
Dünən, 10:07
Kəlbəcərdəki qəzada sürücü ölüb
Dünən, 09:39
Qubada 52 yaşlı kişi evində yanaraq ölüb
Dünən, 09:28
Rusiya PUA meydançaları qurur
Dünən, 08:33
Pentaqon şefi: Alyaskaya bəlkə mən də getdim
Dünən, 07:55
Konqresmen ulduzlardan xəbər gözləyir
11-08-2025, 19:26
Tramp: "Cümə günü Rusiyaya gedirəm"
11-08-2025, 17:24
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
11-08-2025, 16:09
Coğrafiya İnstitutu həyəcan təbili çalır
11-08-2025, 14:53
Sabiq rektorun məhkəməsi başlayır
11-08-2025, 14:46
"Müdafiə haqqında” qanunu dəyişib
11-08-2025, 13:58
İlham Əliyev Vladimir Feketeni ordenlə təltif edib
11-08-2025, 13:35
Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
11-08-2025, 12:50
Boşanan cütlük toyuğu məhkəmədə bölüb
11-08-2025, 12:33
67 yaşlı Qusar sakini iki nəfəri baltalayıb
11-08-2025, 11:47
ABŞ ordusu mafiyalara qarşı döyüşəcək
11-08-2025, 11:02
Məleykə Abbaszadə abituriyentlərə müraciət edib
11-08-2025, 10:16
Zəngilanda yanğın törədən şəxs saxlanılıb
11-08-2025, 09:28
Ankarada zəlzələ baş verib
11-08-2025, 09:14
Prezident kəskin bəyanatla çıxış edib
11-08-2025, 09:09
Koronavirus peyvəndi cinayətə sövq edib?
11-08-2025, 00:21
Ukrayna Rusiyanın neft emalı zavodunu vurub
10-08-2025, 18:41
Ağdərədə meşə yanğını davam edir
9-08-2025, 23:25
Ağdamda güclü yanğın başlayıb
9-08-2025, 16:35
Fidan: "Qafqazla bağlı razılaşma mühüm hadisədir”
9-08-2025, 13:49
Cəlilabadda caqqal sakinlərə hücum edib - Yenilənib