00:02 / 19-05-2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
20:05 / 18-05-2024
Müdafiə Nazirliyinin idarə rəisi vəzifədən azad edilib
18:05 / 18-05-2024
Prezident və birinci xanım Zəngilanda: hotelin açılışı olub, qəsəbənin təməli qoyulub - (Yenilənir) - Fotolar
17:16 / 18-05-2024
Yaralı halda basdırılan şəxs qəbrdən sağ çıxarılıb
16:54 / 18-05-2024
26 ildir itkin düşən şəxs qonşu evin zirzəmisindən tapılıb
16:44 / 18-05-2024
Prezident dörd kəndin təməlini qoyub - (Yenilənir)
16:41 / 18-05-2024
Müsavat Məclisinə sədr seçilib, başqana müavinlər təyin olunub
15:57 / 18-05-2024
Ruslar Volçansk şəhərini viran qoyub
15:50 / 18-05-2024
Ermənistan sərhədçiləri Kirants kəndinə gətirilib
15:45 / 18-05-2024
Zelenski: “Qərb Rusiyanın müharibəni uduzacağından qorxur”
15:16 / 18-05-2024
Sabahın hava proqnozu açıqlanıb
14:51 / 18-05-2024
Ruslar dəniz donanmasının müdafiəsini gücləndirir - Fotolar
14:21 / 18-05-2024
İşxan Gevorkyan və 4 tərəfdarı azadlığa buraxılıb
14:15 / 18-05-2024
İsrailin müharibə kabinetində qarşıdurma yaranıb
13:52 / 18-05-2024
Ruslar Rabotino kəndini geri alıb - Foto
12:35 / 18-05-2024
Çin kosmosa turist daşıyacaq - Foto
12:06 / 18-05-2024
General-mayor yeni vəzifəyə təyin olunub - Foto
10:46 / 18-05-2024
Məleykə Abbaszadə: “İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək”
10:37 / 18-05-2024
Sabah Azərbaycan və İran prezidentləri sərhəddə görüşəcək
10:08 / 18-05-2024
Bakıda nənə və arvadını bıçaqlayan şəxs tutulub
09:50 / 18-05-2024
Yaşlı qadını döyərək pulunu alan şəxs saxlanılıb
08:42 / 18-05-2024
Azərbaycan və Belarus prezidentləri Cıdır düzündə olublar - Fotolar
08:00 / 18-05-2024
Misirdə sirli yeraltı tikili aşkar edilib - Fotolar
00:12 / 18-05-2024
Qəzzada öldürülən 3 girovun meyiti tapılıb
22:27 / 17-05-2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə görüşüb
19:46 / 17-05-2024
Lukaşenkonun Azərbaycana səfəri başa çatıb
19:41 / 17-05-2024
Paşinyanın istefası müzakirə predmeti deyil - Deputat
19:20 / 17-05-2024
Poeziya müsabiqəsinin finalçıları müəyyənləşib - Siyahı
19:11 / 17-05-2024
Sui-qəsdə məruz qalan baş naziri ikinci dəfə əməliyyat ediblər
19:04 / 17-05-2024
Rusiya KİV-lərinin Avropada yayımına qadağa qoyulub
15:03 / 16-05-2024
Bir kişi istəsə... Və ya “Parkda” nə baş verir? - Fotolar
08:50 / 14-05-2024
ABŞ dövlət katibi Kiyevə gəlib - (Yenilənib) - Foto
14:31 / 14-05-2024
Şuşa şəhərinə növbəti köç karvanı gedib - Yenilənib
14:23 / 14-05-2024
Aprelin “Ulduz”u çap olunub - Foto
17:49 / 14-05-2024
Müğənni: “Oğluma deyirəm, qənaət etmə, 5 manatın varsa, xərclə”
13:46 / 14-05-2024
Alim məşhur portretlə bağlı sirri açıb - Foto
08:49 / 14-05-2024
Məşhur pop-müğənni dünya turuna başlayır
16:43 / 14-05-2024
Ali məktəblərdən biri yenidən təşkil edilir, adı dəyişdirilir - Qərar
20:18 / 16-05-2024
Əliyevlə Lukaşenko birgə bəyanat verib, yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
23:46 / 15-05-2024
Ermənistanla sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb
07:29 / 15-05-2024
Tanınmış pop-qrupun konserti təxirə salınıb
14:52 / 14-05-2024
Bir qalanın sirri - Kənan Hacı yazır
“Səni deyirlər”ə ağız büzənlərə bir neçə söz...
Tarix: 11-09-2018 14:22 | Bölmə: Xəbərlər
Əvəz Qurbanlı
Mən söz adamı olsam da, hər sözü söz eləməkdən yox, hər sözdən söz çıxarmaqdan; boş yerə söz oynatmaqdan yox, sözü dindirməkdən zövq alanlardanam.
Sözün qədrini bildiyim üçün az danışanlardanam. Sözü silaha çevirib sağa-sola yağdırmaq da mənlik deyil. Mənimki oxumaqdı, düşünməkdi, yazmaqdı.
Nadir hallarda oynayıram da. El ilə gələn bəla toy-bayramdır deyə.
Ancaq adama adam kimi oynamağı da bəzən çox görürlər.
O gün “Səni deyirlər”ə mən də oynadım. Video görüntünü sosial şəbəkədəki səhifələrin birində paylaşar-paylaşmaz, nifrinlər yağmağa başladı. Sanki əsrin qələtini qarışdırmışıq.
“Oynamışam, əcəb eləmişəm” kimi çıxmasın, amma bir halda ki, oynamağımızın nədəni başa düşülmür, o halda mütləq izaha zərurət vardır.
Təbrizli bir şair dostum dünən mənə “Səni deyirlər”mahnısının müəllifi, qocaman aşıq Ustad Mahmudi ilə yeni video müsahibəni göndərdi.
Danışığından dürr tökülən ustadı dinlədikcə, ruhumun yaddaşı silkələndi. İlahi, bu nə ecazdı, bu nə şirinlikdi? Nə boyda bir millətin oğlusan sən, Ustad Mahmudi! Sənin dilindən qopan nəğməyə pərvazlanmamaq olarmı?..
Güney torpaqlarını qarış-qarış gəzən, ordakı soydaşlarımızın iç yanğısını öz içinə hopduran bir adam kimi deyirəm: yüz illərlə apardığı milli mücadiləsi dəfələrlə xəyanətlər nəticəsində puç olmuş bir toplumun hıçqırtısıdır “Səni deyirlər”.
Mən ona görə oynayıram.
Güneydə bir milli futbol takımımız var, “Traktor Sazi”. Eşitməmiş olmazsınız. Təbriz stadionunda İsfahan klubu ilə qarşılaşan “Traktor”un oyununu canlı izləmiş bir adam kimi deyirəm: onlarınkı futbol azarı deyil! Gen yaddaşlarında həkk olunmuş milli hayqırtılarını izhar etmək, dərdlərini bu yolla bəşəriyyətə, ən çox da bizə eşitdirmək istəyirlər güneyli qardaşlarımız. Dünyanın hansı futbol komandasının azarkeşi öz həyatını təhlükəyə ataraq milli şüar səsləndirir oyun zamanı? Varmı beləsi? Xeyr! Yalnız “Traktor”çulardır, başqası yoxdur!
Siz heç milli toxum (milli takım) əkmək üçün Güney torpaqlarımızı “şumlayan”o “Traktor”un səsini duydunuzmu?
Amma mən duydum və elə ona görə də oynayıram.
Bəs Cığatı çayının necə, adını eşitmisinizmi? Bir zamanlar Urmu gölünə ağızdolusu su aparardı, indi isə əli-qolu bağlıdı. “Təbrizə su veririk” bəhanəsiylə bənd vurublar qabağına. Hər dəfə Qoşaçaya yolum düşəndə Cığatıya qoşulub ağlayıram ki, bəlkə suyu çoxaldı, bəlkə göz yaşlarım bir dərdə dəydi.
Urmu gölünün qurumuş dodaqlarını göz yaşıyla isladan bir adam kimi deyirəm: hələ ki, əlimdən quru-quru oynamaq gəlir və elə ona görə də oynayıram.
Tariximizlə, kimliyimizlə, milli heysiyyatımızla çox oynadılar, çox!
Mən də öz faciəmə oynayıram. Faciəyə oynamağın faciə olduğunu bilə-bilə oynayıram. “Yanıq Kərəm”ə oynadığım kimi.
Zamanın bu dönəmində milli şüurumuz can verirsə, onu dirildəcək yeganə gücün SAZ olduğunu duymaq, duymaq, duymaq lazımdır!
Dədə Qorqudun, Xətainin, Koroğlunun, Dadaloğlunun sazından danışıram.
“Səni deyirlər” adi sözlər deyil, fərdin boynuna milli vəzifələr qoyan müqəddəs bir çağırışdır. Bu çağırış məhz SAZdan gəldiyi üçün möhtəşəmdir.
İndi bu mahnıya oynamağımıza rişxənd edənlər varmış...
Mənim oynamağımın nədənini güneyli şair Huşəng Cəfərinin “Gecə ta sübh açılıncan mələdim, bilmədüz heç” gileyində; Mənsur Yanğın Qoşaçaylının “Çörək kimi aradan parçalanmışam, əşi mən!” fəryadında arasanız; Məhəmmədtağı Zəhtabinin “Özümə məxsus olan başqa elim vardı mənim, Elimə məxsus olan başqa dilim vardı mənim!” üsyanında gəzsəniz; Aşıq Məhbub Xəlilinin qana işləyən “O taylısan, Gilənar, bu taylısan Gilənar...” yanğısında; Həsən Dəmirçinin milli mücadiləyə həsr etdiyi ömür yolunda axtarsanız,
Əmin olun, tapacaqsınız.
O gün bir xalq artisti deyir ki, “Səni deyirlər” sadəcə “oynaq olduğu üçün” damarlarımıza düşüb.
Ona veriləcək sual budur: bəs nəyə görə hər gün meydana çıxan yüzlərlə oynaq musiqi, oynaq mahnı bizim qollarımızı qaldırmaq gücündə olmadı?
Hörmətli xalq artisti, qüsura baxmayın, sizin o muğam ifalarınızın yüzü bir “Səni deyirlər” ola bilmədi.
Niyə?
Çünki “Səni deyirlər”də intizar var, nisgil var, həsrət var, cəngi var, yallı var, “yanıq kərəmi” var. Çünki o, SAZdan gəlir, tardan-kamandan yox.
Tar-kaman da bizimdir, gözümüz üstündə yerləri var. Fəqət SAZ tamam ayrı bir varlıqdır.
Vaxtilə yüksək ranqlı diplomat olmuş, hazırda isə Avropada məskunlaşmış həmvətənlərimizdən birinin sosial şəbəkədə yazdığı iki kəlməlik status ürəyimi ağrıtdı. Adamın işlətdiyi ifadələr qol-qanad sındırır: sən demə, “Səni deyirlər” kimi “primitiv” mahnıya oynayanlar “deqradasiyaya uğrayanlar” imiş.
Ruhu oynadan havacata qol qaldırıb oynamaq haçandan deqradasiya oldu, cənab diplomat? Dünyanın heç bir cəmiyyətində belə bir yanaşma yoxdur. Varsa da o, yanaşma deyil. Yan aşmadır...
Əsl deqradasiya, həssas milli məsələlərə antimilli prizmadan baxmaqdır; doğmaları ilə yad dildə danışmaqdır; ana dilində yaza bildiyi halda, yeri olmaya-olmaya, əcnəbi dildə status yazmaqdır; özünün də mənsub olduğu millətin milyonlarla nümayəndəsini aşağılamaqdır.
Bir millətin milyonlarla nümayəndəsini aşağıla, sonra da o millətin lideri olmaq iddiasına düş – elə bu ziddiyyətin ortaya çıxmasının əsl nədəni də deqradasiyadır ki, var.
Dünən baxıram, bir tanınmış millət vəkili də bu oynamaqları bəyənmədiyini bildirir. Üstəlik, “Güney Azərbaycanda şeri, oynamağı qadağan etmək lazımdır”, deyir.
Cənab millət vəkili, kim qadağan etsin? Kimi qadağan etsin? Şəhriyarımı? Səhəndimi, Barışmazımı, Zəhtabinimi, Həsən Dəmirçinimi?
O nisgilli torpaqlarda kimliyimizin vacib atributları olan şirin ana dilimizin, şerimizin, mahnımızın, milli rəqsimizin, musiqimizin, sazımızın, sözümüzün əsrlərlə qadağan edilməsi, yasaqlanması yetmədimi?
Məgər dünyanın ən bədbəxt və uğursuz coğrafi məkanlarından biri qismətinə yazılmış bir xalqı ayaqda saxlayan o şer, o mahnı, o rəqs, o hava, o havacat deyilmi? Bunlarımı qadağan etsinlər? Bu nə təklifdir, bu nə tapşırıqdır?
Arazın o tayından “Səni deyə-deyə” rejim zindanlarında canını tapşıranların yanğılı çağırışını ifadə edən bir titrəyişdən riqqətə gələrək qol qaldıranları Üzeyirin, Damlanın, Röyanın, hətta nadir nüsxə olan Qafarzadənin və onlar kimilərinin auditoriyası ilə eyniləşdirməyin adı ədalətsizlik deyilmi?
Ümumiyyətlə, “Səni deyirlər”in bir çox siyasilərdə kompleks yaratdığını düşünürəm. Nədən ki, heç bir siyasətçinin bacarmayacağı bir iş gördü bu mahnı – MİLLİ HƏMRƏYLİYİ ortaya qoydu.
Milli həmrəylik – qabaqcadan təyin edilən bir aksiya deyil. O, heç kəsin gözləmədiyi anda ortaya çıxır və çox hallarda həlledici faktora çevrilir.
Yanlışlıq, milli həmrəyliyə səbəb olmuş bir çağırışı sıradan bir mahnının oynaq ritmləri ilə bağlamaqdadır.
Görəsən niyə anlamırıq ki, mahnı xırdaca bir detaldır; xalqın enerjisi bu gün məhz həmin mahnıda təcəlla etdiyi üçün o mahnı bu qədər sevildi, hamını oynatdı. Xalqın enerjisinin gücü ondadır ki, bir anda milyonları birləşdirə bilir. O enerji Babəklərin, Xətailərin, Səttarxanların, Xiyabanilərin, Pişəvərilərin getdiyi yolun enerjisidir. Ümumxalqdır, ümummillidir, bəşəridir. Bu enerji, mənsub olduğu boyu, soyu, irqi haqq etdiyi azadlığa qovuşanadək aparmaq gücündədir.
Fərdi enerjilər isə şəxsi ambisiyaları gerçəkləşdirmək, öz mənafeyi üçün hər situasiyadan daha çox divident və qazanc əldə etmək uğruna xərclənir.
Oysa, alınmayacaq.
Xalqın böyüklüyü ondadır ki, hər yetənin çaldığı havaya deyil, özünün yaratdığına, özünün inandığına - “Səni deyirlər”ə oynayır.
***
Toplumu kitab oxumağa dəvət etməklərinə bir sözüm yox; yaxşı təşəbbüsdür, hətta alqışlanmağa layiqdir. Fəqət bu qismdə deyiləcək vacib sözlərim də var.
Ziyalı ilə savadlı adamın fərqi odur ki, ziyalı öz işığı ilə çoxlarına nur saçır, savadlı adam isə ən yaxşı halda savadını satıb özünə xərcləyir. Siz savadlı və mütaliəli adam ola bilərsiz, lakin qəbul etməlisiniz ki, ziyalı olmağın sirri dəvə yükü qədər kitab oxumaqda deyil. Əlbəttə, oxumaq vacibdi: fikri genişləndirir, məlumatı artırır, düşüncəni cilalayır, zövqü formalaşdırır, cahilliyi aradan aparır.
Amma gəlin baxaq, görək bu gün biz nə oxuyuruq, daha doğrusu, bizə nə oxutdururlar?
Şəxsən mən, bu gün dünyanın kitab və film bazarının missionerlərin əlində olmasından xeyli narahatam; dünya ədəbiyyatının və mədəniyyətinin şedevri sayılan bir çox Nobel almış məşhur əsərin, Oskar almış bir çox məşhur filmin müəmmalı ideoloji kodlarının şüuraltımıza 25-ci kadr kimi yerləşdirilməsindən səksəkəliyəm; bu xalqın beyni tər-təmiz çocuqlarının yanlış mədəniyyətlərin və ideologiyaların təbliği nəticəsində antimilli, ziyanlı təsirlərə düşməsindən vahiməliyəm; hətta ürpənirəm.
Məsələn, əgər mən oxuyub, oxuyub, axırda Şah İsmayılı düşmən çıxaracağamsa, milli dövlətçiliyimizin təməllərinə yönəlik şübhəli lağımlar atacağamsa, lənətə gəlsin belə mütaliə! Ondansa, sümüyümə düşən o məşhur havaya oynamaq yetər mənə.
Mən həm də buna görə oynayıram.
Oynadığımıza rişxənd edirlər, dodaq büzürlər.
Nədən bu ki, “Səni deyirlər”ə oynamaq “primitivlik” imiş.
Klassik Şərq poeziyası ilə tanış olanlar bilir, “səhle mümtəne” deyilən bir istilah var şeriyyatda. Bizim dildə “əlçatmaz sadəlik” anlamına gəlir. “Səhle mümtəne” o ifadəyə deyirlər ki, həddən artıq sadə, sadə olduğu qədər də əlçatmazdı: eşidənlər heyrətlənir, sevir, valeh olur. Qələm adamları “bunu mən də yazardım” deyir, amma yaza bilmədiyi üçün o ifadənin müəllifinə qısqanır, həsəd aparır, qibtə edir. Nəbatinin, Qövsinin, Xalxalinin, Şəhriyarın və başqa böyük şairlərimizin əsərlərində belə nümunələr çoxdu.
Sadəlik – primitivlik deyil, bunlar tam fərqli anlayışlardır. “Səni deyirlər”i “primitiv” adlandıranlar ya məsələyə səthi yanaşanlardır, ya da sazla, saz musiqisi ilə minillik düşmən olanların qohum-əqrəbalarındandır. “Səni deyirlər” o ifadələrdəndi ki, sadə olduğu qədər də əlçatmazdı. Əlçatmaz olduğu üçün də şirindi.
Belə bir şirin ifadəyə azadlıq eşqi xalq musiqisi şəklində yüklənəndə, milli siyasi rəng qatılanda, yüzillərin dərdi çatılanda “Səni deyirlər” olur.
Belə şeyləri hansısa siyasət adamı “düzüb-qoşa” bilmir, bunu xalq yaradır. O xalq ki, mən onun əziz-xələfiyəm. O xalqın əziz-xələfi olduğum üçün də onun çaldığına oynamalıyam.
Və elə ona görə oynayıram.
Dünya teatr səhnəsi kimidi; burda hər kəsin öz rolu, öz oyun üslubu var və hərə öz sümüyünə düşən havaya oynayır.
Mən də öz rolumla, kimliyimlə, varlığımla burda – öz tarixi səhnəmdə “Səni deyirlər”ə oynayıram.
Xoşun gəlmirsə, sən də get o yanda oyna...
Əvəz Qurbanlı
AzNews.az
Bölməyə aid digər xəbərlər

Dünən, 15:57
Ruslar Volçansk şəhərini viran qoyub
Dünən, 15:50
Ermənistan sərhədçiləri Kirants kəndinə gətirilib
Dünən, 14:21
İşxan Gevorkyan və 4 tərəfdarı azadlığa buraxılıb
Dünən, 13:52
Ruslar Rabotino kəndini geri alıb - Foto
Dünən, 10:08
Bakıda nənə və arvadını bıçaqlayan şəxs tutulub
17-05-2024, 22:27
Hikmət Hacıyev Baydenin müşaviri ilə görüşüb
17-05-2024, 17:52
Təşkilat sədri saxlanılıb
17-05-2024, 14:42
Deputatlar daha 11 məsələni müzakirəyə çıxaracaq
17-05-2024, 14:36
Milli Məclisin komitəsi bəyanat yayıb
17-05-2024, 12:44
Sabah yağış və qar yağacaq
17-05-2024, 12:38
Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərib
17-05-2024, 12:29
XİN: "Fransa tərəfi üzr istəməlidir"
17-05-2024, 12:20
Qəzzada can itkisi 35 min 303-ə yüksəlib
17-05-2024, 11:10
Kiyev Sumı vilayətinin əhalisini köçürür
17-05-2024, 08:57
APA TV-nin rejissoru vəfat edib
17-05-2024, 08:53
Rusiyaya kütləvi PUA hücumu olub
17-05-2024, 07:53
Qaçqınların velosipedləri hərraca çıxarılıb
17-05-2024, 07:51
BMT maliyyə problemi ilə üzləşib
17-05-2024, 07:45
Tokio Moskva və Pekinə etiraz edir
16-05-2024, 18:56
Prezident Zelenski: “Vəziyyət çox ağırdır”
16-05-2024, 17:14
Qarabağ Universitetinə sözçü axtarılır
16-05-2024, 16:35
Bələdiyyə sədri həbs olunub
16-05-2024, 16:11
Lukaşenko Şəhidlər xiyabanını ziyarət edib
16-05-2024, 15:03
Bir kişi istəsə... Və ya “Parkda” nə baş verir? - Fotolar
16-05-2024, 13:14
Azərbaycanda əhali artıb
16-05-2024, 13:12
Sabiq komitə sədrinin məhkəməsi başlayıb
16-05-2024, 11:59
Taksilərdə minimal gediş haqqı qalxır
16-05-2024, 10:15
Lənkəranda qadını boğaraq öldürüblər
16-05-2024, 07:33
Avropa İttifaqının başçısı Tbilisiyə gəlib
16-05-2024, 07:23
Baş nazir: “İsrail ABŞ-sız da qələbə çala bilər”
16-05-2024, 01:14
Rusiya prezidenti Çinə səfər edib
16-05-2024, 00:26
Bakıdakı "Ağ çiçəyim" mağazası yanıb - Yenilənib
15-05-2024, 19:51
İlham Əliyev baş nazirə hücumu şiddətlə qınayır
15-05-2024, 17:25
Slovakiyanın baş naziri güllələnib
15-05-2024, 17:18
Etirazçılar yürüşə, İrəvan polisi həbslərə başlayıb
15-05-2024, 16:24
Blinken: “Artıq Ukraynaya nəsə çatdırılıb”
15-05-2024, 16:05
Ədliyyə Nazirliyinə yeni sözçü təyin edilib
15-05-2024, 16:03
Bakıda 202 nəfərə zərər vuran qadın tutulub
15-05-2024, 15:48
İrəvanda gərginlik: şəhərə əlavə qüvvə yeridilib - Video
15-05-2024, 15:37
Qarabağdakı sülhməramlılar təltif olunub
15-05-2024, 07:24
Trampın təyyarəsi digəri ilə toqquşub
15-05-2024, 07:06
Generallar baş nazir Netanyahunu qınayır
14-05-2024, 23:28
Putin hökumətin yeni tərkibini təsdiqləyib
14-05-2024, 18:57
Yaponiya balina ovuna icazə verib
14-05-2024, 18:01
Müsavat Partiyasının fəalı öldürülüb
14-05-2024, 17:04
Sabiq prezidentin iki oğlu Kiyevdən Londona qaçıb
14-05-2024, 16:50
Brüssel İrana sanksiyalar tətbiq edəcək
14-05-2024, 15:08
Paşinyan: "Ermənistan Aİ-yə üzv olmağa hazırdır"