Ayda kosmik gəmi qəzaya uğrayıb
Tarix: 27-05-2023 10:41 | Bölmə: Xəbərlər
Ayda kosmik gəmi qəzaya uğrayıb

Yaponiyanın özəl kosmik gəmisi “Hakuto-R” Aya enərkən qəzaya uğrayıb. Reyting.az xəbər verir ki, bu barədə Space.com yazıb. Aprelin 25-də baş verən qəzanın Ay kraterinin kənarındakı oriyentasiyada çaşqınlıq yaradan kompüterdəki səhvə görə olduğu bildirilir.

“Ispace” şirkətinin nümayəndələri bildiriblər ki, eniş aparatının bort kompüteri hündürlük datçiklərinin faktiki oxunuşlarına məhəl qoymayıb, onları səhv hesab edib, özünəməxsus hesablamalara və eniş nöqtəsində gözlənilən hündürlüyə əsaslanaraq yerə enməyə cəhd göstərib.

Qurğunun yaradıcıları etiraf ediblər ki, eniş zonasında ərazinin relyefi nəzərə alınmayıb və bu da, qəzanın dolayı səbəbi olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}