Sabah Bakıda 18 dərəcə isti gözlənilir
Tarix: 06-10-2018 12:52 | Bölmə: Cəmiyyət
Sabah Bakıda 18 dərəcə isti gözlənilir

Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Reyting.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın hərarəti Abşeronda gecə 13-15°, gündüz 17-19° isti, Bakıda gecə 13-15° , gündüz 16-18° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Gecə və səhər Lənkəran-Astara zonasında leysan xarakterli olacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman. Şərq küləyi gündüz arabir güclənəcək.

Havanın hərarəti gecə 11-16°, gündüz 18-23° isti, dağlarda gecə 0-4°, gündüz 5-10° isti təşkil edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
21-10-2018, 15:43 Sabah yağış yağacaq
17-10-2018, 12:41 Sabahın hava proqnozu
16-10-2018, 12:57 Sabah yağış yağacaq