Mafiya başçısı bir ölkədən digərinə qaçıb
Tarix: 24-04-2024 00:15 | Bölmə: Cəmiyyət
Mafiya başçısı bir ölkədən digərinə qaçıb

Mərakeşli mafiya başçılarından biri Malaqa Əyalət Məhkəməsi tərəfindən müvəqqəti olaraq həbsdən azad edildikdən sonra İspaniyadan qaçmağı bacarıb.

Reyting.az
xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, şübhəli şəxs bu ölkənin taxt-tacının varisi şahzadə Amaliyaya qarşı təhdidlərdən sonra Hollandiya hakimiyyəti tərəfindən axtarışa verilib.

Xatırladaq ki, mafiya baççısı yanvarın 10-da Marbellada saxlanılıb. O, Hollandiyada ən çox axtarılan və təhlükəli cinayətkarlardan biri hesab olunur. Lakin əyalət məhkəməsi həmin şəxsin pasportunun müsadirəsi də daxil olmaqla məhdudiyyətlərlə azadlığa buraxılmasına qərar verib.

“ABC” qəzetinin məlumatına görə, Hollandiya cinayətkar olduğu iddia edilən şəxsin həbsindən xəbər tutan kimi ölkə hakimiyyəti onun İspaniyadan ekstradisiyasını istəyib. Lakin Malaqa Əyalət Məhkəməsi tələbi nəzərə almayıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
Dünən, 12:56 Sabah yağış yağacaq

bütün xəbərlər