Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib - (Yenilənib)
Tarix: 25-04-2024 15:32 | Bölmə: Cəmiyyət
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib - (Yenilənib)

Keçmiş İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

Reyting.az
xəbər verir ki, hazırda mərhumla Təzə Pir məscidində vida mərasimi keçirilir.

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.

***

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.

Reyting.az
xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}