20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Everestə qalxarkən itən alpinistin məktubu 100 il sonra tapılıb
Tarix: 23-04-2024 00:08 | Bölmə: Cəmiyyət
Everestə qalxarkən itən alpinistin məktubu 100 il sonra tapılıb

İngilis alpinist Corc Mallorinin 1924-cü ildə Everest dağına qalxmaq cəhdi zamanı həyat yoldaşına yazdığı məktublar 100 il sonra ictimaiyyətlə paylaşılıb.

Reyting.az
xatırladır ki, alpinist Corc Mallori və dostu Sendi İrvine 1924-cü ildə Everestə üçüncü dəfə qalxarkən yoxa çıxıblar.

Mallorinin cəsədi 1999-cu ildə tapılıb. Mallorinin həyat yoldaşı Rut Malloriyə Erevestə qalxarkən yazdığı məktublar 100 il sonra Cambridge Magdalene College tərəfindən ictimaiyyətləşdirilib.

Məlumata görə, Mallorinin son üç məktubu 1999-cu ildə onun cansız bədəni tapıldıqdan sonra pencəyinin cibində aşkar edilib.

Mallorinin məktubları bir çox mövzuları, o cümlədən Birinci Dünya Müharibəsi zamanı təəssüratlarını və 1923-cü ildə ABŞ-a səfərini əhatə edib. Məktublarda onun 1921-ci ildə Evereste ilk ekspedisiyasının və dağı araşdırmaq üçün ikinci missiyasının hesabları da var.

Məktubların birində Mallori həyat yoldaşı Ruta yazıb ki, onların zirvəyə çatmaq üçün 50 faiz şansları var.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər