Yol hərəkətinin təhlükəsizliyi qaydaları dəyişdirildi - Qərar
Tarix: 10-10-2018 10:09 | Bölmə: Cəmiyyət
Yol hərəkətinin təhlükəsizliyi qaydaları dəyişdirildi

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Qaydalarını həm də Bakı Nəqliyyat Agentliyi müəyyən edəcək.

Həmçinin “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nda da dəyişikliklər edilib.

Avtomobil yollarının tikintisinə və yenidən qurulmasına dair birtipli və ya fərdi layihələr bu sahədə mövcud qanunvericiliyə və normativ texniki sənədlərin tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi orqandan ekspertizadan keçirilməli və onlarla razılaşdırılmalıdır.

Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə Daxili İşlər Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən Daxili İşlər Nazirliyinin “Yol hərəkəti haqqında” Qanunun 23-cü maddəsinin II hissəsinə əsasən müəyyən edilən hesabına köçürülən vəsaitin 25 faizi DİN-in yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur.

Dəyişikliyə əsasən, yol polisi avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tərtib etdiyi protokollar tərtib edəcək.

Vəsaitdən yol patrul xidmətini həyata keçirən hər bir əməkdaşın aylıq vəzifə maaşına xidmət zamanı bilavasitə aşkarladığı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara, habelə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tərtib etdiyi protokollardan daxil olan cərimələrin məbləğinin 25 faizi miqdarında əlavə edilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
21-10-2018, 15:43 Sabah yağış yağacaq
17-10-2018, 12:41 Sabahın hava proqnozu
16-10-2018, 12:57 Sabah yağış yağacaq