Zəngin uşaqları ağıllı uşaqlardan daha çox uğur qazanırlar - Maraqlı araşdırma
Tarix: 14-10-2018 18:56 | Bölmə: Cəmiyyət
Zəngin uşaqları ağıllı uşaqlardan daha çox uğur qazanırlar

Kasıb ailələrdən olan ağıllı uşaqlar valideynləri zəngin olan uşaqlardan az uğur qazanır. Beləliklə, təhsil almağa istedad yox, pul kömək edir.

Reyting.az bildirir ki, bunu Nyu-York universitetinin alimləri müəəyən ediblər və öz araşdırmalarının nəticəsini İqtisadi araşdırmalar milli bürosunun saytında yayıblar.

Onların məlumatına görə, varlı ailədən olan tələbələr hətta kasıb yaşıdları daha istedadlıdırlarsa belə, təhsillərini tez başa çatdırırlar.

Alimlər tədqiqat zamanı milyondan çox gənc adamın genetik məlumatlarını təhlil ediblər, həmçinin onlardan hansının genlərlə bağlı yüksək müvəffəqiyyət dərəcəsinə malik olduğunu öyrəniblər.

Sonra müəyyənləşdiriblər ki, onların hansının kollecdə uğurları necə olub və onun ailəsi hansı gəlirə malik olub. Həm varlı, həm də kasıb ailələrdən olan istedadlı tələbələr bətabər iştirak ediblər. Ancaq yalnız gəliri aşağı ailələrdən olan istedadlı tələbələrin 24 faizi kolleci qurtara biliblər. Varlı ailələrdən olan tələbələr arasında bu göstərici 63 faiz təşkil edib.

“Əgər sizin ehtiyatınız yoxdursa, hətta istedadlı uşaqlar ciddi problemlərlə üzləşməli olacaq. Onların potensialı azalır. Bu həm onların özləri üçün, həm də iqtisadiyyat üçün pisdir", - alimlər yekunda vurğulayıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}