Binəqədinin keçmiş başçısı həbs oluna bilər - Səbəb
Tarix: 29-10-2018 14:18 | Bölmə: Cəmiyyət
Binəqədinin keçmiş başçısı həbs oluna bilər

Bakı şəhər İcra Hakimiyyəti başçısını əvəz edən Eldar Əzizovun göstərişi ilə Binəqədi rayonunda başladılan yoxlamalarda əsasən qanunsuz tikililər araşdırılır.

Reyting.az-ın “Bakipost”a istinadən verdiyi xəbərə görə, Binəqədi rayonu ərazisində saysız-hesabsız qanunsuz binalar tikildiyi məlum olub.

Tikinti aparılması qadağan olunan ərazilərdə Binəqədi rayon İcra Hakimiyyətinin icazəsi ilə evlər, iaşə obyektləri inşa edilib. Bunların çoxu Neft Şirkətinin ərazisi, yaşıllıq zonalarda aparılıb. Araşdırma qrupu bu tikililərin siyahısını hazırlayır, saxta sənənədlərin verilməsində İcra Hakimiyyəti ilə yanaşı başqa hansı qurumların iştirak etdiyini araşdırır. Araşdırma aparıldığı üçün rayon ərazisində demək olar ki, bütün tikinti və sənədləşmə işləri dayandırılıb.

Məlum olduğu kimi, bu tikililərin böyük hissəsi 2012-ci ildən rayona rəhbərlik edən Xaləddin İsgəndərovun vaxtında aparılıb. Buna görə də yoxlamalar yekunlaşandan sonra keçmiş başçının aidiyyəti qurumlarda sorğu-suala çəkiləcəyi gözlənilir.

Xaləddin İsgəndərov bu il martın 19-da icra hakimiyyəti başçısı vəzifəsindən azad edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}