Azərbaycan vətəndaşı Moskvada qadını öldürdüyünü boynuna aldı - Fotolar
Tarix: 09-11-2018 21:12 | Bölmə: Cəmiyyət
Azərbaycan vətəndaşı Moskvada qadını öldürdüyünü boynuna aldı

Solntsev rayon məhkəməsi Moskvada yaşayış evinin liftində qadını öldürməkdə şübhəli bilinən Rövşən Şabanovu iki ay müddətinə həbs edib.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, Azərbaycan vətəndaşı olan Şabanov 2019-cu il yanvarın 8-dək həbsdə qalacaq.

Azərbaycan vətəndaşı Moskvada qadını öldürdüyünü boynuna aldı

İstintaq hazırda şübhəlinin digər cinayətlərlə bağlı olub-olmadığını yoxlayır.

Noyabrın 6-da Moskvanın cənub-qərbindəki yaşayış binalarından birinin liftində bədənində çoxsaylı bıçaq yaraları olan qadının meyiti aşkar olunub. Öldürülənin pul qabı və ərzaq olan çantası götürülüb.

Azərbaycan vətəndaşı Moskvada qadını öldürdüyünü boynuna aldı

Cinayəti törətməkdə şübhəli bilinən 27 yaşlı Azərbaycan vətəndaşı Rövşən Şabanov saxlanılıb.

O, 52 yaşlı əczaçı qadın Oksana Frosinanı öldürdüyünü boynuna alıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}