Təyyarə adam vurub öldürdü
Tarix: 21-11-2018 00:29 | Bölmə: Cəmiyyət
Təyyarə adam vurub öldürdü

Şeremetyevo hava limanının uçuş-eniş zolağında Moskva-Afina reysi ilə uçuşa gedən Boeing 737 təyyarəsi bir kişini vurub.

Reyting.az bildirir ki, pilot dispetçerə naməlum əşyaya toxunduğunu məlumat verərək təyyarəni göyə qaldırıb.

Hava gəmisini geri qaytarmaq istəməyiblər.

“Sərnişin təyyarəsinin ekipajı Afinaya uçuşdan sonra dispetçerə uçuş-enmə zolağında heyvanla toqquşa ehtimalı ilə bağlı məlumat verib. Təyyarəni hava limanına qaytarmamaq qərara alınıb , çünki sistem hər hansı zədə barədə xəbərdarlıq etməyib”, - hava limanındakı mənbə deyib.

Pilot dispetçerə bu barədə yerli vaxtla saat 21:10-da məlumat verib. Hadisə yerinə “Tibbi fəlakətlər” mərkəzinin və “təcili yardım”briqadası, mühafizə və polis gedib. Əraziyə baxışdan sonra insan meyiti tapılıb, kişi geyimi və digər şəxsi əşyalara tapılıb. Ölənin şəxsiyyəti barədə polisə məlumat verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}