Satılan qız onu alan kişinin oğlunun arvadı olacaq
Tarix: 22-11-2018 20:31 | Bölmə: Cəmiyyət
Satılan qız onu alan kişinin oğlunun arvadı olacaq

Əfqanıstanda görünməmiş quraqlıq üzündən ana qalan uşaqlarını yedirtmək üçün vəsaiti olmadığından qızını satmağa məcbur olub.

Reyting.az bildirir ki, Əfqanıstanın şimal-qərbindəki qaçqınlar düşərgəsində olan Mamarin adlı qadın bunu CNN kanalına etiraf edib.

Qaçqının sözlərinə görə, hazırda 6 yaşlı qızı Akila başqa ailədə yaşayır.

Ailə başçısı onu 3 min dollara alıb – qız gələcəkdə onun 4 yaş böyük oğlunun arvadı olacaq.

“Görünməmiş quraqlığa görə kəndimi tərk etmişəm. Bura gələndə yardım alacağıma ümid edidim, ancaq bunu ala bilmədim. Mənim cəmisi 70 dollarım qalıb. Uşaqlarımın ac qalmaması üçün qızımı bir kişiyə 3 min dollara satmışam. Mənim pulum yox idi, ərimi öldürüblər”, - qadın əlavə edib.

Mamarin əlavə edib ki, hələ qızına satıldığı haqda heç nə deməyib, lakin istənilən halda onun heç bir seçimi yoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}