Fermer nəhəng öküz yetişdirdi, sata bilmir
Tarix: 28-11-2018 17:31 | Bölmə: Cəmiyyət
Fermer nəhəng öküz yetişdirdi, sata bilmir

Qərbi Avstraliyada bir fermerin yetişdirdiyi Nikerz ləqəbli öküzün boyu 1,93 metr, çəkisi 1400 kiloqrama yaxındır.

Reyting.az bildirir ki, bu nəhəng öküz yerli sakinlərin sevimli heyvanına çevrilib.

20 başa qədər mal-qara olan ferma sahibi Ceff Pirsonun sözlərinə görə, Nikerz çox ağır olduğunudan onu sallaqxanalarda götürməıkdən imtina ediblər.

“Mən onu sata bilmədim, ona görə indi düşünürəm ki, o uzun müddət və xoşbəxt yaşayacaq”, - Ceff Pirson deyib.

Fermer nəhəng öküz yetişdirdi, sata bilmir

Fermer Nikerzi sürünün “rəhbəri” olmaq üçün alıb, lakin onun belə nəhəng ola biləcəyini gözləməyib.

Qeyd edək ki, böyük ölüçüsünə baxmayaraq, bu, dünyada ən böyük öküz deyil.

Ginnesin rekordlar kitabına əsasən İtaliyadakı Bellino ləqəbli öküzün böyu iki metrdən yuxarı olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}