Dünya çempionunu öldürən azərbaycanlıya 19 il iş istənildi
Tarix: 29-11-2018 19:29 | Bölmə: Cəmiyyət
Dünya çempionunu öldürən azərbaycanlıya 19 il iş istənildi

Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovu öldürməkdə günahkar bilinən Anar Allahverənov 19 il azadlıqdan məhrum oluna bilər.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, dövlət ittihamçısı mühakimə olunana məhz bu qədər cəza istəyib.

Prokuror məhkəmədki çıxışında deyib ki, Anar Allahverənov 19 il azadlıqdan məhrum edilməli və cəzasını ciddi rejimli həbsxanada çəkməlidir.

Dünya çempionunu öldürən azərbaycanlıya 19 il iş istənildi

2017-ci il avqustun 20-də pauerlifter Andrey Draçyov Xabarovskun mərkəzində yerləşən kafelərdən birinin yaxınlığında öldürülüb.

İstintaq versiyasına görə, şübhəli ən azı 21 dəfə idmançıya zərbə vurub, bundan sonra müqavimət göstərməyən Andreyə daha 5 zərbəni başından endirib.

Allahverənov polisə bir ay sonra təslim olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}