İranla sərhəddə atışma, yaralanan var - Fotolar
Tarix: 30-11-2018 16:35 | Bölmə: Cəmiyyət
İranla sərhəddə atışma, yaralanan var

Noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini silahlı şəxslərin pozmasına hazırlıq barədə daxil olan əməliyyat məlumatı əsasında həmin istiqamətdəki sərhəd zastavalarının xidməti gücləndirilib, zəruri qabaqlayıcı tədbirlər görülüb.

Reyting.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, saat 19:10 radələrində Cəlilabad rayonunun Edişə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması barədə daxil olan məlumat əsasında sərhəd zastavası “Silaha” komandasına qaldırılaraq hadisə yerinə hərəkət edib, nəzarət-iz zolağında İrandan Azərbaycan istiqamətində ayaq izləri aşkar olunub.

İranla sərhəddə atışma, yaralanan var

Sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədilə əlavə qüvvələr cəlb olunmaqla və xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sərhəd axtarışı tədbirləri həyata keçirilib, sərhədyanı yaşayış məntəqələri istiqamətində yollar sərhəd naryadları tərəfindən qapadılıb, qarşılıqlı əlaqədə olan hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd naryadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilib, həmin istiqamətdə 2 nəfər naməlum şəxsin qaçmasını aşkar edilib. Sərhəd naryadının “Dayan” komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avtomat silahdan atəş açılıb, cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanaraq hadisə yerində tutulub. Digər sərhəd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olub. Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkarlanıb. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılıb, güllələrdən biri xidməti avtomobilə dəyib, sərhədçilər arasında yaralanan və xəsarət alan olmayıb.

İranla sərhəddə atışma, yaralanan var

Yaralanan sərhəd pozucusu Cəlilabad rayonunun mərkəzi xəstəxanasına təxliyə edilib və ona təcili tibbi yardım göstərilib. Araşdırma zamanı saxlanılan şəxsin 42 yaşlı Nəsiri Şəhzad Şekar olması müəyyən edilib. Nəsiri 2007-ci il sentyabrın 20-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhəd pozucusu qismində tutulub, narkotik qaçaqmalçılığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycanda azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilib, 2014-cü il aprelin 6-da Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İranın müvafiq dövlət orqanlarına təhvil verilib.

Şekar Nəsirinin 2018-ci il iyunun 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində silahlı cinayətkar dəstə tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınarkən sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə çavuş Ramazan Kurupovu yaralayan şəxs olması da müəyyən edilib.

İranla sərhəddə atışma, yaralanan var

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirib, silahlı sərhəd pozu­cularının aşkar edilərək zərərsizləşdirilməsində fərqlənən hərbi qulluqçuları təltif edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}