Ceyhun Hacıbəylinin varisləri Bakıda ali məktəblərə gediblər
Tarix: 06-12-2018 17:49 | Bölmə: Cəmiyyət
Ceyhun Hacıbəylinin varisləri Bakıda ali məktəblərə gediblər

Görkəmli ictimasi-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri dekabrın 6-da bir neçə ali məktəbdə görüş keçirib.

Reyting.az Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ceyhun Hacıbəylinin gəlini və nəvəsi, eyni zamanda, dahi bəstəkar Üzeyir Hacıbəyli nəslinin davamçıları sayılan Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasını ziyarət ediblər.

Qonaqları akademiyanın binası ilə tanış edən prorektor Nərminə Quliyeva onlara təhsil ocağı haqqında geniş məlumat verib.

Ceyhun Hacıbəylinin varisləri Bakıda ali məktəblərə gediblər

ADA Universitetində rektor Hafiz Paşayevlə keçirilən görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak edib. Görüşdə Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucuları ilə bağlı müzakirələr aparılıb. Cümhuriyyətin elan edilməsində böyük xidmətlər göstərmiş Ceyhun Hacıbəylinin Azərbaycanın tarixində oynadığı misilsiz rolu vurğulanıb.

Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli görüşlərdən sonra İçərişəhərdə Azərbaycanın tarixi və mədəni abidlərini ziyarət ediblər, daha sonra Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramına qatılıblar.

Ceyhun Hacıbəylinin varisləri Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Azərbaycanda səfərdədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-12-2018, 12:20 Sabah hava çiskinli olacaq
10-12-2018, 11:18 Lerikdə zəlzələ olub
8-12-2018, 13:04 Sabah yağış yağacaq