DTX mütəşəkkil dəstəni yaxalayıb - Əməliyyat
Tarix: 06-02-2019 16:27 | Bölmə: Cəmiyyət
DTX mütəşəkkil dəstəni yaxalayıb

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində Türkiyədən Azərbaycana qaçaqmal daşıyan dəstə saxlanılıb.

Məlum olub ki, mütəşəkkil dəstə Türkiyədən Azərbaycana gömrük nəzarətindən kənar dərman preparatları keçirirmiş.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.(Unikal.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}