İşdən çıxarılan şöbə müdiri direktorun otağına qumbara atdı
Tarix: 05-03-2019 12:51 | Bölmə: Cəmiyyət
İşdən çıxarılan şöbə müdiri direktorun otağına qumbara atdı

Sumqayıtda işdən çıxarılan şöbə müdiri direktorun otağına qumbara atıb.

Hadisə bir neçə gün öncə baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, Sumqayıtda yerləşən "Azkompozit” MMC-nin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn həmin idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Aslanov R. Baxşəliyevdən onu əvvəlki işinə bərpa etməyi tələb edib.

Direktor “yox” cavabı verəndən sonra Ş. Aslanov onu döyüb.

Daha sonra Ş. Aslanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxararaq direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.

Hadisə yerinə gələn polislər Ş. Aslanovu tutub. Onun barəsində Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb. (Demokrat.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}