Ordumuzun iki hərbçisi qar uçqununa düşüb
Tarix: 07-03-2019 20:54 | Bölmə: Cəmiyyət
Ordumuzun iki hərbçisi qar uçqununa düşüb

Azərbaycan ordusunun iki hərbi qulluqçusu - gizir Hafiz Məhəd oğlu Abdullayev və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fərrux Fərman oğlu Məmmədov mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Reyting.az-a Müdafiə Nazirliyindən verilən xəbərə görə, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}