Məscidlərə hücumda 40 nəfər öldü
Tarix: 15-03-2019 12:57 | Bölmə: Cəmiyyət
Məscidlərə hücumda 40 nəfər öldü

Yeni Zelandiyanın baş naziri casinda Ardern Kraystçerç şəhərindəki məscidlərə hücum nəticəsində 40 nəfərin öldüyünü təsdiqləyib.

Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, onun sözlərinə görə, Livudedəki məsciddə (Krastçerç şəhəri ətrafındakı) 10 nəfər və şəhərin özündəki din-Avenyu məscidində isə 30 nəfər ölüb.

Daha 20 nəfər ciddi yaralanıblar. Onların hamısı xəstəxanalara yerləşdiriliblər.

Məscidlərə hücumda 40 nəfər öldü

Ölkədə milli təhlükəsizlik səviyyəsi artırılıb. Məlumata görə, Kraystçerç hava limanında gələn və gedən bütün reyslər ləğv edilib. Polis şəhər sakinlərini evdən çıxmamağa çağırır.

Məscidlərə hücumdan sonra 4 nəfər saxlanılıb: onların 3-ü kişi, biri qadındır.

Atəş açanlardan biri, 28 yaşlı Brenton Tarrant avstraliya əsillidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}