Azərbaycan-İran sərhədində narkotik gətirənlərə atəş açıldı
Tarix: 17-04-2019 16:06 | Bölmə: Cəmiyyət
Azərbaycan-İran sərhədində narkotik gətirənlərə atəş açıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısını alıb.

Reyting.az-a Dövlət Sərhəd Xidmətindan verilən məlumata görə, aprelin 11-də Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkətini sərhəd naryadı müşahidə edib.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar.

Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kiloqram 815 qram olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecə görmə cihazı aşkar olunaraq götürülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}