Səhiyyə Nazirliyi təhlükə barədə əhaliyə xəbərdarlıq edib
Tarix: 22-04-2019 16:24 | Bölmə: Cəmiyyət
Səhiyyə Nazirliyi təhlükə barədə əhaliyə xəbərdarlıq edib

2018-ci il ərzində respublikamızda heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq insan zərər çəkib.

Reyting.az
xəbər verir ki, belə bir məlumatı Azərbaycanın Səhiyyə Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi ağır infeksion xəstəliklə nəticələnə bilər:

“Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliklə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik və s. yoluxur. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər. Quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənən və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmiş yerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik 100 faiz ölümlə nəticələnir”.

Nazirlik quduzluğun epidemioloji xüsusiyyətlərini də diqqətə çatdırıb:

• insanların yoluxmasında əsas mənbə itlərdir;

• xəstələnənlərin əsas tərkib hissəsi yaş etibarilə fəaliyyətdə olan insanlar və uşaqlar olur;

• xəstə olanlarda zədələnmənin lokalizasiyasının orqanizmin təhlükəli hissəsində olması üstünlük təşkil edir: baş, əl və əl barmaqları nahiyəsi;

• insanların aerofobiyaya yoluxması və tələf olmasının səbəbi quduzluğa yoluxmuş heyvanların mövcudluğu və zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə antirabik kömək almaq üçün müraciət etməməsidir, yaxud olduqca gec müraciət etməsidir.

• xəstəliyin inkubasiya dövrü 14 gündən 3 aya qədərdir.

Səhiyyə Nazirliyi mövzunun aktuallığını nəzərə alaraq vətəndaşlara ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi və antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}