AMEA-nın istitutları birləşdirildi – Siyahı
Tarix: 20-07-2016 13:41 | Bölmə: Cəmiyyət


Nazirlər Kabineti "Azərbaycan Milli Elmlər Akademiyasının bəzi məsələləri haqqında” qərar qəbul edib.

Reyting.az APA-ya istinadən xəbər verir ki, baş nazirin birinci müavini Yaqub Eyyubovun imzaladığı sənədə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilib və onların bazasında Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılıb.

Sənədə əsasən Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilərək Hüquq və İnsan Haqları İnstitutunun struktur tərkibinə verilib, Fəlsəfə və Hüquq İnstitutu "Fəlsəfə İnstitutu” adlandırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasına bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qərar imzalandığı gündən qüvvəyə minib.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}