Suriyada rekord sayda uşaq ölüb - Hesabat
Tarix: 13-03-2017 11:00 | Bölmə: Cəmiyyət

2016-cı ildə Suriyada rekord sayda uşaq həlak olub.

BMT-nin Uşaq Fondunun (YUNİSEF) məlumatına görə, 2016-cı ildə ölkədə həlak olan uşaqların sayı 652 nəfər təşkil edib. Bu, 2015-ci illə müqayisədə 20 faiz artım deməkdir.

YUNİSEF-in hesabatlarında 255 uşağın məktəb və məktəbətrafı ərazilərdə öldürüldüyü bildirilir. Həmçinin, hərbi əməliyyatlara cəlb edilən uşaqların sayı 850-ni keçib.

Təşkilatın hesabatına görə, azyaşlılar təmas xəttində döyüşlərdə, edamlarda və kamikadze hücumlarında da iştirak edirlər.

"Milyonlarla suriyalı hər gün hücumlara məruz qalır. Onların həyatı alt-üst olub”,– deyə YUNİSEF-in Yaxın Şərq və Şimali Afrika regional direktoru Gert Kappilare deyib.

Məlumatda bildirilir ki, Suriyanın dağlıq regionlarında 2,8 milyon uşaq köməksiz vəziyyətdə qalıb.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}