Nazirlər Kabineti dövlət qulluğu ilə bağlı qərar verib
Tarix: 14-03-2017 12:40 | Bölmə: Cəmiyyət


Nazirlər Kabineti "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"nı təsdiq edib.

Reyting.az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu qayda dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanmasını, ekspertizasını, təsdiqini, test imtahanının təşkilini, keçirilməsini, qiymətləndirmənin aparılmasını tənzimləyir.

"Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında" 2013-cü il 30 iyul tarixli qərar ləğv edilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}