Komitə sədri Dövlət Təhlükəsizliyi Xidmətində monitorinq keçirib
Tarix: 05-04-2017 16:18 | Bölmə: Cəmiyyət

Bu gün saat 11:00-da İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov və komitənin mətbuat katibi Telman Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında monitorinq keçiriblər. 

Komitədən Reyting.az-a verilən məlumata görə, Elşad Həmidov təcridxananın tibb otağına da baxış keçirib: "Tibb otağı ən müasir tibbi avadanlıqlarla təchiz olunub, burada hər növ dərman və tibbi ləvazimatlar var. Burada peşəkar həkim və tibb personalı fəaliyyət göstərir.

Komitə sədri təchizata da baş çəkib, qidalanma və saxlanma şəraiti standartlara uyğundur”.

Məlumatda bildirilir ki, komitə sədri saxlanılan şəxslərin çoxu ilə öz kameralarında görüşərək, onların saxlanılma şəraitləri ilə yaxından tanış olub.Təqsirləndirilən şəxslər şikayət və narazılıqlarının olmadığını bildiriblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}