19:35 / 26-04-2024
43 pişiyi ac-susuz saxlayan şəxsi həbs ediblər
19:26 / 26-04-2024
Azərbaycan və Almaniya prezidentləri görüşüb - (Yenilənib) - Fotolar
19:06 / 26-04-2024
Rusların hücum etmək istədiyi iki xəstəxana təcili boşaldılır
18:43 / 26-04-2024
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşaya səfər ediblər - (Yenilənib) - Foto
18:41 / 26-04-2024
İsveç Latviyaya qoşun və zirehli texnika göndərir
18:36 / 26-04-2024
Blinken Pekində Çini hədələyib
18:20 / 26-04-2024
20-yə yaxın məhbus həbsxanadan qaçmağa cəhd edib - Foto
18:15 / 26-04-2024
Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatlar dəqiqləşdirilir
18:08 / 26-04-2024
Erməni deputatlar saxlanılıb
17:58 / 26-04-2024
Ermənistan XİN: "Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq"
17:39 / 26-04-2024
"Beşiktaş" daha bir futbolçu ilə müqaviləni yeniləyib
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
17:23 / 26-04-2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
17:15 / 26-04-2024
Quba-Xaçmaz Regional filialına müdir təyinatı olub
16:58 / 26-04-2024
“Krokus”dakı terror aktına görə daha bir şübhəli saxlanılıb
16:56 / 26-04-2024
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - Foto
16:11 / 26-04-2024
Azərbaycanda partiya rəhbəri həbs edilib
16:05 / 26-04-2024
Əli Əsədov daha bir qərar imzalayıb
15:52 / 26-04-2024
Qəzzada daha 51 dinc sakin həlak olub
15:46 / 26-04-2024
Avtomobil şirkəti daha bir yeniliyə imza atıb - Fotolar
15:33 / 26-04-2024
Keçmiş rektor son söz üçün məhkəmədən yenə vaxt istəyib
15:14 / 26-04-2024
Azərbaycan prezidenti Almaniya kansleri ilə görüşüb - (Yenilənib) - Fotolar
14:06 / 26-04-2024
Rusiyanın yeni silahı ABŞ-a məxsus peykləri vura biləcək
13:54 / 26-04-2024
"Qarabağ" klubu cərimələnib
13:28 / 26-04-2024
Naxçıvan Nazirlər Kabinetinə Aparat rəhbəri təyin edilib
13:21 / 26-04-2024
Tehran-Tel-Əviv qarşıdurmasının növbəti dayanacağı haradadır?
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
13:01 / 26-04-2024
Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"
12:48 / 26-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:43 / 26-04-2024
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:05 / 23-04-2024
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
00:45 / 22-04-2024
Türkiyədə yenə zəlzələ olub
Diplomatlar attestasiyadan keçiriləcək - Yeni qaydalar
Tarix: 21-11-2017 12:55 | Bölmə: Cəmiyyət
Nazirlər Kabineti "Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi Qaydası”nı təsdiqləyib.
Qaydaya əsasən, diplomatik orqan əməkdaşının attestasiyasının keçirilməsinin əsas məqsədləri diplomatik orqan əməkdaşının tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, diplomatik orqan əməkdaşının potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, xidmətdə yüksəlişə və ya aşağı vəzifəyə və yaxud fərqli əmək funksiyalarına malik vəzifəyə təyin edilməsi zərurətinin müəyyən edilməsi və diplomatik orqan əməkdaşının əlavə təhsilinə zərurət dərəcəsinin müəyyənləşdirilməsidir.
Yalnız müvafiq vəzifələrdə azı bir il xidmət keçən diplomatik orqan əməkdaşlarının attestasiyası keçirilə bilər. Diplomatik orqan əməkdaşlarının attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir. Diplomatik nümayəndəliyə və ya konsulluğa işə təyin olunmuş diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xidməti attestasiyanı Azərbaycan Respublikasına qayıtdıqdan sonra keçirlər.
Aşağıdakı diplomatik orqan əməkdaşları attestasiyadan keçirilmirlər:
- diplomatik nümayəndəlikdən və ya konsulluqdan geri çağırıldıqdan sonra bir ildən az müddətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müvafiq vəzifəni tutanlar;
- staj və sınaq dövründən sonra daimi qulluqda bir ildən az müddətdə xidmət keçənlər;
- vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) alanlar və əlil olanlar;
- Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlara layiq görülənlər;
- bir vəzifədə beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;
- hamilə qadınlar;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifəni tutan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- eyni vəzifədə azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilənlər.
Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı xarici işlər naziri tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci bir ay qalmış attestasiyadan keçirilən diplomatik orqan əməkdaşlarının nəzərinə çatdırılır. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Attestasiya Xarici İşlər Nazirliyinin təcrübəli və yüksək peşəkar məsul əməkdaşlarından ibarət tərkibdə yaradılmış, üzvlərinin sayı beş nəfərdən az olmayan attestasiya komissiyası tərəfindən kollegial və obyektiv surətdə keçirilir. Komissiyanın tərkibi (sədr, katib və azı üç üzv) və səlahiyyət müddəti xarici işlər naziri tərəfindən təsdiq olunur. Komissiyanın üzvləri tərəfindən diplomatik orqan əməkdaşına yalnız tutduğu vəzifənin funksiyaları, ixtisası, icra etdiyi işlər və onların nəticələri, xidmət funksiyalarına aid məsələlər, habelə dövlət qulluqçusunun əsas vəzifələri, hüquqları və dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər barədə suallar verilir. Attestasiyadan keçirilən əməkdaşın xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi və şəxsi dəyərlərinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş diplomatik orqan əməkdaşı attestasiyadan keçirildikdə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.
Attestasiyadan keçməli olan hər bir diplomatik orqan əməkdaşına attestasiyanın başlanmasına azı iki həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin əməkdaş ona verilən xasiyyətnamə ilə tanış olur. Xasiyyətnamədə diplomatik orqan əməkdaşının xidməti fəaliyyətinə obyektiv və əsaslandırılmış şəkildə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki xidmətinin nəticələri göstərilir. Diplomatik orqan əməkdaşı attestasiyadan keçirilərkən onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilir. Komissiya attestasiyadan keçirilən diplomatik orqan əməkdaşının fəaliyyəti haqqında onun çıxışını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir. Diplomatik orqan əməkdaşı üzrlü səbəbdən və ya üzrlü səbəb olmadan komissiyanın iclasına gəlmədikdə attestasiyadan keçməmiş hesab edilir və həmin diplomatik orqan əməkdaşı növbəti attestasiyadan keçirilməlidir. Üzrlü səbəb olmadan komissiyanın iclasına gəlməyən diplomatik orqan əməkdaşı barəsində intizam tənbeh tədbirləri tətbiq edilə bilər.
Diplomatik orqan əməkdaşının attestasiyasının nəticələri əsasında komissiya tərəfindən aşağıdakı qiymətlərdən biri verilir:
- tutduğu vəzifəyə uyğun gəlir;
- xidməti fəaliyyətini yaxşılaşdırarsa və komissiyanın tövsiyələrini yerinə yetirərsə, bir ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə, tutduğu vəzifəyə uyğun gəlir;
- tutduğu vəzifəyə uyğun gəlmir.
Komissiya attestasiyanın nəticələri əsasında verilən qiymətlərlə yanaşı, attestasiya olunan əməkdaşın həvəsləndirilməsi, əlavə təhsilə cəlb edilməsi, xidməti fəaliyyətinin yaxşılaşdırılması və ya xidmətə münasibətdə məsuliyyətinin artırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi barədə tövsiyələr (səbəbləri göstərilməklə) verə bilər. Komissiyanın verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiyadan keçirilən əməkdaş haqqında qərar xarici işlər naziri tərəfindən qəbul olunur. Qərar diplomatik orqan əməkdaşının attestasiyadan keçirildiyi gündən sonra ən geci iki ay müddətində qəbul edilir. Bu müddətə diplomatik orqan əməkdaşının üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt daxil edilmir. İki ay keçdikdən sonra attestasiyanın nəticələri əsasında diplomatik orqan əməkdaşının aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərar qəbul edilə bilməz(APA).
Bölməyə aid digər xəbərlər

Bu gün, 19:35
43 pişiyi ac-susuz saxlayan şəxsi həbs ediblər
Bu gün, 18:20
20-yə yaxın məhbus həbsxanadan qaçmağa cəhd edib - Foto
Bu gün, 17:15
Quba-Xaçmaz Regional filialına müdir təyinatı olub
Bu gün, 15:33
Keçmiş rektor son söz üçün məhkəmədən yenə vaxt istəyib
Bu gün, 13:28
Naxçıvan Nazirlər Kabinetinə Aparat rəhbəri təyin edilib
Bu gün, 12:48
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 11:44
Şirvanda əməliyyat: saxlanılanlar var
Bu gün, 10:34
Deputat: "Əlilliyin təyin edilməsi ilə bağlı boşluq var"
Bu gün, 09:37
Süni intellektin köməyi ilə Platonun məzarı tapılıb
Bu gün, 09:03
Arktikadakı istiləşmə Asiyaya təsir göstərir
Dünən, 18:56
İran məhkəməsi repçi barəsində edam qərarı çıxarıb
Dünən, 13:03
Baş Prokuroluq mediaya çağırış edib
Dünən, 12:10
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 10:56
Daha bir direktor vəzifədən azad edilib
Dünən, 10:21
Mayın 1-dən balıq ovu qadağan olunacaq
Dünən, 07:58
Çin “TikTok”a qadağaya qarşı çıxır
Dünən, 07:31
Yanacaqsız işləyən kosmik mühərrik icad edilib
24-04-2024, 21:42
Erməni xəyanəti: həkim 40 türk əsgərini zəhərləyib
24-04-2024, 17:46
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
24-04-2024, 17:16
Şadlıq saraylarında şişirdilmiş qiymətlər... - Ekspertdən şərh
24-04-2024, 16:08
Yeni robotlar satışa çıxarılıb - Video
24-04-2024, 14:03
Professor Nəsib Quliyev özünü güllələyib
24-04-2024, 13:40
İnfoqrafiya heyvanların ömrü haqqında nə deyir?
24-04-2024, 12:48
MMA döyüşçülərinin həbs müddəti uzadılıb - Biri azadlığa buraxılıb
24-04-2024, 12:00
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başlayıb
24-04-2024, 11:56
AMEA-da yeni şöbələr yaradılıb
24-04-2024, 11:30
Sabahın hava proqnozu açıqlanıb
24-04-2024, 00:15
Mafiya başçısı bir ölkədən digərinə qaçıb
24-04-2024, 00:13
Toyun qızğın vaxtında gəlini qaçırmaq istəyiblər
23-04-2024, 21:43
Xankəndidə avtomat silah gizlədən şəxs tutulub - Foto
23-04-2024, 17:07
“Space”ə qalib gələn aparıcı geri dönüb: "Vado Korovinin kanala rəhbərlik edəcəyi bəlli deyil"
23-04-2024, 16:50
Nazirlər Kabineti polis və ya prokurorluğa çağırış qaydasına dəyişikliyi təsdiqləyib
23-04-2024, 13:48
Spikerdən deputata cavab: "Hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur"
23-04-2024, 13:23
Sabahın hava proqnozu açıqlanıb
23-04-2024, 13:19
Narkotik vasitələrin siyahısına dəyişiklik edilib
23-04-2024, 12:45
Körpələr evində mənimsəmə: cinayət işi açılıb
23-04-2024, 12:34
Direktorun cinayət işi məhkəməyə göndərilib
23-04-2024, 10:28
Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib - Təsərrüfat
23-04-2024, 10:24
İdarə müdiri məhkəməyə verilib
23-04-2024, 08:12
Qız bürcündə qaz kütləsi aşkar edilib
23-04-2024, 00:08
Everestə qalxarkən itən alpinistin məktubu 100 il sonra tapılıb
22-04-2024, 17:53
Elm və Təhsil Nazirliyində daha bir təyinat olub
22-04-2024, 17:16
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
22-04-2024, 17:13
Siqaret çəkmək üçün pəncərə önünə gedən şəxs yıxılaraq ölüb
22-04-2024, 16:27
Xəzərdə saxlanılan qayıqdan 20 kq narkotik götürülüb - Video
22-04-2024, 15:41
Ağdərədə silah-sursat tapılıb
22-04-2024, 15:24
Daha bir məhkum həbsdə ölüb