İmtahan Mərkəzi dərs vəsaitlərinin qiymətini qaldırıb
Tarix: 09-01-2018 09:33 | Bölmə: Cəmiyyət
İmtahan Mərkəzi dərs vəsaitlərinin qiymətini qaldırıb

Son illər övladlarını ali məktəblərin qəbul imtahanlarına hazırlayan valideynlər arasında belə bir fikir hakim kəsilib: repititor yanına getmədən olmaz.

Repititor yanına, ayrı-ayrı kurslara hazırlığa gedən abituriyentlər müxtəlif dərs vəsaitləri almağa məcbur olurlar. Bu vəsaitlərin sayı isə az deyil, hətta həddindən çoxdur.

Repititorların abituriyentlərdən ən çox tələb etdikləri vəsaitlər isə Dövlət İmtahan Mərkəzinin dərslikləridir. Bu dərsliklərin qiymətinə gələndə, hamı bahalıqdan şikayət edir.

İndi hansı valideyni dindirsən Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi dərs vəsaitlərinin baha qiymətə satılmasından narazılıq edir. Demək olar ki, vəsaitlərin qiyməti hər il qalxır.

Bəs abituriyentlər üçün nəzərdə tutulan vəsaitlərin baha qiymətə satılmasının səbəbi nədir?

Reyting.az xəbərinə görə, “Abituriyent” jurnalı redaksiyasından modern.az-a deyiblər ki, xammal və materialları baha qiymətə əldə edirlər.

“Test kitabları, test topluları və vəsaitlərin qiymətləri onlar üçün çəkilmiş xərclərdən (çap, mətbəə xərcləri, müəlliflərə ödənilmiş qonorar, DSMF-ə ödənilmiş sığorta haqları, işçilərə ödənilmiş əmək haqları, daşınma xərcləri və s.) formalaşır. Qiymətlərə çap (mətbəə) xərclərinin əvvəlki illərə nisbətən artırması da təsir göstərir. Çap müəssisələri (mətbəələr), buna səbəb kimi aldıqları xammal və materialların qiymətlərinin artdığını bildirirlər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}