20 namizəd dövlət qulluğuna sertifikat hüququ qazanıb
Tarix: 31-01-2018 22:39 | Bölmə: Cəmiyyət
20 namizəd dövlət qulluğuna sertifikat hüququ qazanıb

Yanvarın 27-də dövlət qulluğu vəzifələrinin A növü üzrə keçirilən test imtahanı zamanı 20 namizəd sertifikat əldə etmək hüququ qazanıb.

Reyting.az saytı xəbər verir ki, namizədlər sertifikatlarını əldə etmək üçün 9 fevral saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən namizədlərin təqdim etdiyi məlumatlar DİM tərəfindən yoxlanıldıqdan sonra onlara müvafiq sertifikatların verilməsi barədə qərar qəbul ediləcək. Qərarın qəbul edilməsindən sonra (kağız sertifikatlar verilmədiyi müddət də daxil olmaqla) namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmək hüququ əldə edir.

Xatırladaq ki, 2017-ci il dekabrın 27-də dövlət qulluğunun A növünə aid 198 vakant rəhbər vəzifə üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat 2018-ci il yanvarın 25-də bitib. Təəssüf ki, A növünə aid sertifikatlara malik 13 namizəddən heç biri vakant vəzifələr üzrə qeydiyyatdan keçməyib. Qeyd olunan, eləcə də dövlət orqanları tərəfindən DİM-ə təqdim edilmiş digər vakant rəhbər vəzifələr haqqında yaxın günlərdə yenidən elan verilməsi planlaşdırılır. A növü üzrə müvafiq sertifikat əldə etmiş namizədlər müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Namizədlərə inzibati rəhbər (A növü) vəzifələr üzrə müsahibə elanlarını DİM-in internet portalı və sosial media hesabları vasitəsilə izləmələri tövsiyə olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}